Geri

26 aprel 2011-ci il, saat 09:00-dək

Ağcabədi rayonu, Aşağı Avşar kəndində (rayon mərkəzindən 21 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 27 kv.m olan vaqon tipli evin yanar konstruksiyaları yanmışdır. Yaxınlıqdakı tikililər yanğınsöndürənlər tərəfindən yanğından mühafizə olunmuşdur. Yanğın saat 16:09-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Bir nəfərin Yuxarı Qarabağ kanalının Yevlax rayonu ərazisindən keçən hissəsində batdığı ehtimal olunduğu barədə məlumat daxil olmuşdur. Dərhal Fövqəladə Hallar Nazirliyinin dalğıc-xilasediciləri tərəfindən həmin şəxsin axtarışlarına başlanılmışdır;

Şəmkir rayonu, Təzəkənd kəndində (rayon mərkəzindən 10 km aralı) yol-nəqliyyat qəzası nəticəsində "Mercedes" markalı minik avtomobilinin mühərrik hissəsi yanmış, sürücü 1986-cı il təvəllüdlü Məmmədov Amil Elşad oğlu həlak olmuş, hadisə zamanı avtomobildə olan sərnişin yaralanmışdır. Yaralı xəstəxanaya aparılmışdır. Yanğınsöndürənlər çatana kimi yanğın vətəndaşlar tərəfindən söndürülmüşdür;

Bakı şəhəri, Xətai rayonunda doqquzmərtəbəli yaşayış binasının liftində 1 nəfərin köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olmuşdur. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olmuşdur ki, lift texniki nasazlıq səbəbindən 2-ci mərtəbədə dayanmışdır. Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə liftin qapılarını açmış və zərərçəkmişin liftdən çıxmasına şərait yaratmışlar. Əməliyyat saat 21:56-da başa çatmışdır;

Bakı şəhəri, Nərimanov rayonunda 2 “Mercedes” və 1 “Lexus” markalı minik avtomobili toqquşmuşdur. Nəticədə, hər 3 nəqliyyat vasitəsi deformasiyaya uğramış, 1 “Mercedes” markalı minik avtomobilinin sürücüsü həlak olmuşdur. Hadisə yerinə cəlb olunmuş xilasedicilər xüsusi alət və avadanlıqlar vasitəsilə avtomobildə sıxılmış vəziyyətdə qalmış cəsədi nəqliyyat vasitəsindən çıxarmış və aidiyyəti üzrə təhvil vermiş, həmçinin, ərazidə müvafiq təhlükəsizlik tədbirləri görmüşlər. Əməliyyat saat 23:21-də başa çatmışdır.