Geri

22 aprel 2011-ci il, saat 09:00-dək:

Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi ərazisində sahildən 10 km aralıda dənizdə çevrilmiş qayığın aşkarlanması barədə məlumat daxil olmuşdur. Dərhal Fövqəladə Hallar Nazirliyinin dalğıc-xilasediciləri axtarış-xilasetmə işlərinin aparılması üçün hadisə yerinə cəlb edilmişdir. Görülən tədbirlər nəticəsində 21 aprel 2011-ci il tarixində saat 11:52-də və 12:45-də Sumqayıt şəhəri, Corat qəsəbəsi ərazisində sahildən 3 km aralıda 1989-cu il təvəllüdlü Hətəmov Bəylər Mövlanverdi oğlunun və 1980-cı il təvəllüdlü Vasilyev Pavel Viktoroviçin cəsədi suda aşkarlanaraq çıxarılmış və aidiyyəti üzrə təhvil verilmişdir. Hazırda hadisə zamanı qayıqda olduğu ehtimal edilən digər 2 şəxsin axtarışları davam etdirilir;  

Bakı şəhəri, Səbail rayonunda zavod ərazisində istifadəsiz yük gəmisinin hissələri üzərində mazut qalıqları 30 kv.m sahədə yanmışdır. Yanğın saat 12:05-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür. İlkin ehtimala görə, yanğına kəsilməkdə olan gəmidə qaynaq işləri aparılarkən yanğın təhlükəsizliyi qaydalarının pozulması səbəb olmuşdur;

Şabran rayonu ərazisində dənizdə avarlı qayıqla balıq tutan 2 nəfərin itkin düşməsi barədə məlumat daxil olmuşdur. Dərhal Fövqəladə Hallar Nazirliyinin dalğıc-xilasediciləri axtarış-xilasetmə işləri aparmaq üçün hadisə yerinə cəlb edilmişlər;

Saatlı rayonu, Nəsimikənd kəndində (rayon mərkəzindən 45 km aralı) ümumi sahəsi 128 kv.m olan birmərtəbəli 4 otaqlı fərdi evin yanar konstruksiyaları və əşyalar 78 kv.m sahədə yanmışdır. Yanğın saat 18:30-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Saatlı rayonu, Seyidlər kəndində (rayon mərkəzindən 10 km aralı) ümumi sahəsi 225 kv.m olan ikimərtəbəli 8 otaqlı fərdi evdə tavanın yanar konstruksiyaları 12 kv.m sahədə yanmışdır. Yanğın saat 19:05-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Hacıqabul rayonu, Nəvai kəndində ümumi sahəsi 45 kv.m olan 2 otaqlı fərdi evin yanar konstruksiyaları və əşyalar yanmışdır. Yaxınlıqdakı tikililər yanğınsöndürənlər tərəfindən yanğından mühafizə olunmuşdur. Yanğın saat 21:37-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Bakı şəhəri, Nərimanov rayonunda birmərtəbəli fərdi evin giriş qapısının təsadüfən kilidlənməsi nəticəsində 2 azyaşlı uşaq evdə köməksiz vəziyyətdə qalmışdır. Hadisə yerinə cəlb edilmiş xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə evin giriş qapısını bayır tərəfdən açmışlar. Evdə gərgin psixoloji vəziyyətdə aşkarlanmış uşaqlar xilasedicilər tərəfindən aidiyyəti üzrə təhvil verilmişdir. Əməliyyat saat 22:57-də başa çatmışdır;

Bakı şəhəri, Sabunçu rayonunda 2 “VAZ” və 1 “Azsamand” markalı minik avtomobili toqquşmuşdur. Nəticədə, hər üç nəqliyyat vasitəsi deformasiyaya uğramış, hadisə zamanı həmin avtomobillərdə olan şəxslər yaralanmışlar. Yaralılar xəstəxanaya aparılmışdır. Hadisə yerinə cəlb olunmuş xilasedicilər ərazidə müvafiq təhlükəsizlik tədbirləri görmüşlər. Əməliyyat saat 23:52-də başa çatmışdır;

Balakən şəhərində ümumi sahəsi 160 kv.m olan birmərtəbəli 4 otaqlı fərdi evin yanar konstruksiyaları və əşyalar 61 kv.m sahədə yanmış, hadisə zamanı evdə olan şəxs tüstüdən zəhərlənmişdir. Həmin şəxs xəstəxanaya aparılmışdır. Yanğın saat 00:35-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Bakı şəhəri, Xətai rayonunda mənzildə bağlı qapı arxasında 1 nəfərin köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olmuşdur. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olmuşdur ki, həmin şəxs mənzilin qapısının dəfələrlə döyülməsinə və telefon zənglərinə reaksiya vermir. Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə doqquzmərtəbəli yaşayış binasının sonuncu mərtəbəsində yerləşən həmin mənzilin qapısını bayır tərəfdən açmışlar. Mənzilə baxış keçirilərkən orada heç kəsin olmadığı məlum olmuşdur. Əməliyyat saat 03:30-da başa çatmışdır;

İsmayıllı rayonu, Talıstan kəndində (rayon mərkəzindən 10 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 75 kv.m olan tövlənin dam örtüyünün yanar konstruksiyaları 40 kv.m sahədə və həmin tövlənin damına yığılmış 150 kq ot bağlaması yanmışdır. Əraziyə cəlb olunmuş yanğınsöndürənlər hadisə zamanı tövlədə olan 3 baş xırdabuynuzlu heyvanı yanğından xilas etmişlər. Yanğın saat 04:38-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Lənkəran rayonu, Cil kəndində (rayon mərkəzindən 15 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 50 kv.m olan tövlənin dam örtüyünün yanar konstruksiyaları və həmin tövlənin damına yığılmış 1,5 ton ot bağlaması yanmışdır. Yanğın saat 04:50-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.