Geri

21 Aprel 2011-ci il, saat 09:00-dək

Bakı şəhəri, Suraxanı rayonunda doqquzmərtəbəli yaşayış binasının liftində 1 nəfərin köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olmuşdur. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olmuşdur ki, lift texniki nasazlıq səbəbindən 1-ci mərtəbədə dayanmışdır. Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə liftin qapılarını açmış və vətəndaşın liftdən çıxmasına şərait yaratmışlar. Əməliyyat saat 13:16-da başa çatmışdır;

Mingəçevir şəhərində vətəndaşa məxsus ümumi sahəsi 25 kv.m olan hamamın çardağının yanar konstruksiyaları 6 kv.m sahədə yanmışdır. Yanğın saat 16:24-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Quba şəhərində ümumi sahəsi 81 kv.m olan ikimərtəbəli 4 otaq və aynabənddən ibarət fərdi evdə tavanın yanar konstruksiyaları 28 kv.m sahədə yanmışdır. Yanğın saat 17:20-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Bakı şəhəri, Suraxanı rayonunda ümumi sahəsi 20 kv.m olan birmərtəbəli 2 otaqlı fərdi evin yanar konstruksiyaları və əşyaları yanmışdır. Bitişik evlər yanğınsöndürənlər tərəfindən yanğından mühafizə olunmuşdur. Yanğın saat 19:32-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Ucar şəhərində vətəndaşa məxsus həyətyanı sahədə 200 kq ot bağlaması yanmış, yüksək temperaturdan yaxınlıqdakı tövlənin qapısı qarsalanmışdır. Yanğın saat 19:51-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Şəmkir rayonu, Dəllərcəyir kəndində (rayon mərkəzindən 8 km aralı) ümumi sahəsi 35 kv.m olan birmərtəbəli 1 otaqlı fərdi evin yanar konstruksiyaları və əşyaları yanmışdır. Yaxınlıqdakı ev yanğınsöndürənlər tərəfindən yanğından mühafizə olunmuşdur. Yanğın saat 00:50-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Abşeron rayonunda Bakı-Sumqayıt avtomobil yolunun 7-ci kilometrliyində "Mercedes" markalı minik avtomobilinin mühərrik hissəsi və qabaq şiti yanmışdır. Yanğın saat 01:15-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Bakı şəhəri, Yasamal rayonunda "Mercedes" markalı mikroavtobusun yanar hissələri yanmış, yüksək temperaturdan yaxınlıqda dayanmış "Otoyol" markalı avtobusun 2 ədəd şüşəsi partlamışdır. Hadisə yerinə cəlb olunmuş yanğınsöndürənlər yaxınlıqdakı avtomobilləri yanğından mühafizə etmişlər. Yanğın saat 03:33-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Qax rayonu, Alatəmir kəndində (rayon mərkəzindən 2 km aralı) məcburi köçkünün məskunlaşdığı Təmir Tikinti İdarəsinin ümumi sahəsi 96 kv.m olan 4 otaqlı binasında tavanın yanar konstruksiyaları 8 kv.m sahədə yanmışdır. Yanğın saat 08:40-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.