Bakı şəhəri, Nizami rayonunda Dəmir Yolu İdarəsinə məxsus Lokomotiv Deposunda istismar müddəti başa çatmış elektrovozun kabinə hissəsi yanmışdır. Yanğın saat 17:57-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür. İlkin ehtimala görə, yanğına qaynaq işləri aparılarkən təhlükəsizlik qaydalarına riayət olunmaması səbəb olmuşdur;
Abşeron rayonu, Saray qəsəbəsində "VAZ" markalı minik avtomobilinin yanar hissələri yanmışdır. Yanğın saat 02:50-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;
Bakı şəhəri, Xətai rayonunda onsəkkizmərtəbəli yaşayış binasının şaxtasında elektrik kabellərinin 60 p.m hissəsi və elektrik sayğacları yanmışdır. Hadisə yerinə cəlb olunmuş yanğınsöndürənlər binadan 10 nəfərin təxliyyəsini həyata keçirmiş, mənzilləri yanğından mühafizə etmişlər. Yanğın saat 07:29-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.