Geri

02 aprel 2011-ci il, saat 09:00-dək

Bərdə rayonu, Mirzəaybəyli kəndində (rayon mərkəzindən 3 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 150 kv.m olan quşçuluq sexinin tavanı 4 kv. m sahədə yanmışdır. Yanğın zamanı 70 ədəd cücə tələf olmuşdur. Sexin qalan hissəsi yanğınsöndürənlər tərəfindən yanğından mühafizə olunmuşdur. Yanğın saat 10:41-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

İmişli rayonu, Muradalı kəndində (rayon mərkəzindən 12 km aralı) vətəndaşa məxsus həyətyanı sahəyə yığılmış 4 ton ot bağlaması yanmışdır. Yanğın saat 17:10-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Bakı şəhəri, Xəzər rayonunda "Azərenerji" ASC-yə məxsus gücü 400 kVt olan transformatorun sarğıları və yağı yanmışdır. Yanğından yaxınlıqdakı tikililər mühafizə olunmuşdur. Yanğın saat 17:20-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Bakı şəhəri, Nəsimi rayonunda mənzildə bağlı qapı arxasında 1 nəfərin köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olmuşdur. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olmuşdur ki, həmin şəxs giriş qapısının dəfələrlə döyülməsinə reaksiya vermir. Xilasedicilər xüsusi alət və avadanlıqlar vasitəsilə dördmərtəbəli yaşayış binasının 4-cü mərtəbəsində yerləşən həmin mənzilə qonşu mənzilin eyvanından daxil olmuşlar. Mənzilə baxış keçirilərkən 1976-ci il təvəllüdlü Cavid Kamal oğlu Həsənov hərəkətsiz vəziyyətdə aşkarlanmışdır. Hadisə yerinə çağırılmış Təcili Tibbi Yardım Stansiyasının həkimləri tərəfindən aparılan ilkin tibbi müayinə nəticəsində C.Həsənovun vəfat etdiyi məlum olmuşdur. Əməliyyat saat 18:53-də başa çatmışdır;

Balakən rayonu, Poçbinə kəndində (rayon mərkəzindən 16 km aralı) Qabaqçöl meşə ərazisində 1 ha sahədə kol-kos və 4 ədəd ağac yanmışdır. Meşə ərazisi yanğınsöndürənlər tərəfindən yanğından mühafizə olunmuşdur. Yanğın saat 18:55-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Bakı şəhəri, Nəsimi rayonunda giriş qapısının təsadüfən kilidlənməsi nəticəsində azyaşlı uşaq mənzildə köməksiz vəziyyətdə qalmışdır. Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə onaltımərtəbəli yaşayış binasının 7-ci mərtəbəsində yerləşən həmin mənzilin giriş qapısını bayır tərəfdən açmışlar. Mənzildə nəzarətsiz vəziyyətdə aşkarlanmış uşaq xilasedicilər tərəfindən aidiyyəti üzrə təhvil verilmişdir. Əməliyyat saat 21:28-də başa çatmışdır;

Bakı şəhəri, Yasamal rayonunda giriş qapısının kilidinin sınması nəticəsində 1 nəfər fərdi yaşayış evində köməksiz vəziyyətdə qalmışdır. Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə birinci mərtəbədə yerləşən həmin evə pəncərədən daxil olmuş və giriş qapısını açmışlar. Əməliyyat saat 00:29-da başa çatmışdır;

Bakı şəhəri, Suraxanı rayonunda doqquzmərtəbəli yaşayış binasının liftində 2 nəfərin köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olmuşdur. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olmuşdur ki, lift texniki nasazlıq səbəbindən 2-ci mərtəbədə dayanmışdır. Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə liftin qapılarını açmış və zərərçəkmişin liftdən çıxmasına şərait yaratmışlar. Əməliyyat saat 02:12-də başa çatmışdır;

Bakı şəhəri, Nəsimi rayonunda ümumi sahəsi 60 kv.m olan 3 otaqlı mənzilin taxta konstruksiyalar 8 kv.m sahədə yanmışdır. Yanğın saat 02:39-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.