Bərdə şəhərində ümumi sahəsi 28 kv.m olan 2 otaqlı fərdi evin yanar konstruksiyaları 12 kv.m sahədə yanmışdır. Yanğın saat 08:57-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;
Bakı şəhəri, Nizami rayonunda giriş qapısının təsadüfən kilidlənməsi nəticəsində azyaşlı uşağın mənzildə köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olmuşdur. Xilasedicilər xüsusi alət və avadanlıqlar vasitəsilə beşmərtəbəli binanın 4-cü mərtəbəsində yerləşən həmin mənzilə 5-ci mərtəbədəki mənzilin eyvanından daxil olmuş və giriş qapısını içəri tərəfdən açmışlar. Bununla da zərərçəkmişə müvafiq köməklik göstərilmişdir. Əməliyyat saat 13:21-də başa çatmışdır;
Bakı Şəhəri, Suraxanı rayonunda "MERCEDES" və " LADA" markalı minik avtomobilləri toqquşmuşdur. Nəticədə, hər iki nəqliyyat vasitəsi deformasiyaya uğramış, "MERCEDES" markalı avtomobilin sürücüsü yaralanmışdır. Hadisə yerinə cəlb olunmuş xilasedicilər xəsarət alan şəxsə ilkin tibbi yardım göstərmiş və aidiyyəti üzrə təhvil vermiş, həmçinin, hadisə yerində müvafiq təhlükəsizlik tədbirləri görmüşlər. Əməliyyat saat 22:10-da başa çatmışdır;
Bakı Şəhəri, Suraxanı rayonunda "MERCEDES" və "BMW" markalı minik avtomobilləri toqquşmuşdur. Nəticədə, hər iki nəqliyyat vasitəsi deformasiyaya uğramış, avtomobildə olan sürücülər yaralanmışdır. Hadisə yerinə cəlb olunmuş xilasedicilər yaralılara ilkin tibbi yardım göstərmiş və aidiyyəti üzrə təhvil vermiş, həmçinin, hadisə yerində müvafiq təhlükəsizlik tədbirləri görmüşlər. Əməliyyat saat 22:10-da başa çatmışdır;
Samux rayonu, Çobanabdallı kəndində (rayon mərkəzindən 5 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 96 kv.m olan tövlənin dam örtüyünün yanar konstruksiyaları və damına yığılmış 8 ton ot bağlaması yanmışdır. Yanğın saat 22:55-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;
Şəmkir rayonu, Çinarlı qəsəbəsində fərdi evin həyətyanı sahəsində tikilmiş ümumi sahəsi 60 kv.m olan saunanın taxta divar üzlüyü 20 kv.m sahədə yanmışdır. Yanğın saat 00:14-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;
Bakı şəhəri, Nəsimi rayonunda doqquzmərtəbəli yaşayış binasının liftində 1 nəfərin köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olmuşdur. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olmuşdur ki, lift texniki nasazlıq səbəbində 1-ci və 2-ci mərtəbələr arasında dayanmışdır. Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə lifti 2-ci mərtəbəyə qaldırmış, qapılarını açmış və zərərçəkmişin liftdən çıxmasına şərait yaratmışlar. Əməliyyat saat 00:25-də başa çatmışdır;
Mingəçevir şəhərində ayrı-ayrı vətəndaşlara məxsus ümumi sahəsi 100 kv.m olan birmərtəbəli 4 otaqlı fərdi evin yanar konstruksiyaları 36 kv.m və dam örtüyü 52 kv.m sahədə və ümumi sahəsi 100 kv.m olan birmərtəbəli 3 otaqlı fərdi evin dam örtüyünün yanar konstruksiyaları 20 kv.m sahədə yanmışdır. Evlərin qalan hissələri və bitişik evlər yanğınsöndürənlər tərəfindən yanğından mühafizə olunmuşdur. Yanğın saat 01:46-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;
Gəncə şəhəri, Kəpəz rayonunda vətəndaşa məxsus hazırda fəaliyyət göstərməyən doqquzmərtəbəli dəyirman binasının 5-ci və 7-ci mərtəbələr arasında kəpək ötürən boru elevatorunun içərisinə yığılmış kəpək-taxıl tullantıları yanmışdır. Bina yanğınsöndürənlər tərəfindən yanğından mühafizə olunmuşdur. Yanğın saat 03:10-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.