Geri

14 aprel 2011-ci il, saat 17:40

Abşeron rayonu, Xırdalan qəsəbəsində doqquzmərtəbəli yaşayış binasının liftində 1 nəfərin köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olmuşdur. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olmuşdur ki, lift texniki nasazlıq səbəbindən 1-ci mərtəbədə dayanmışdır. Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə lifti 4-cü mərtəbəyə qaldıraraq onun qapılarını açmış və zərərçəkmişin liftdən çıxmasına şərait yaratmışlar. Əməliyyat saat 13:29-da başa çatmışdır;

Goranboy rayonu, Xanqərvənd kəndində (rayon mərkəzindən 17 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 30 kv.m olan tövlənin çardağının yanar konstruksiyaları yanmışdır. Yanğın saat 15:55-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.

 

Geri

14 aprel 2011-ci il, saat 09:00-dək

Goranboy rayonu, Səmədabad kəndində (rayon mərkəzindən 25 km aralı) ümumi sahəsi 110 kv.m olan 4 otaq və aynabənddən ibarət fərdi evin 2 otağının yanar konstruksiyaları və dam örtüyü 64 kv.m sahədə yanmışdır. Yanğın saat 13:30-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Lerik rayonu, Mondigah kəndində (rayon mərkəzindən 11 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 62 kv.m olan tövlənin yanar konstruksiyaları yanmışdır. Yanğın saat 15:15-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Bakı şəhəri, Suraxanı rayonunda doqquzmərtəbəli yaşayış binasının liftində 3 nəfərin köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olmuşdur. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olmuşdur ki, lift texniki nasazlıq səbəbindən 1-ci mərtəbədə dayanmışdır. Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə liftin qapılarını açmış və zərərçəkmişlərin liftdən çıxmasına şərait yaratmışlar. Əməliyyat saat 15:57-də başa çatmışdır;

Bakı şəhəri, Binəqədi rayonunda mənzildə bağlı qapı arxasında 1 nəfərin köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olmuşdur. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olmuşdur ki, həmin şəxs giriş qapısının dəfələrlə döyülməsinə və telefon zənglərinə reaksiya vermir. Xilasedicilər xüsusi texnika vasitəsilə qalxaraq üçmərtəbəli yaşayış binasının 3-cü mərtəbəsində yerləşən həmin mənzilə eyvandan daxil olmuş və giriş qapısını açmışlar. Mənzilə baxış keçirilərkən həmin şəxs döşəmədə hərəkətsiz vəziyyətdə aşkarlanmışdır. Hadisə yerinə çağırılmış Təcili Tibbi Yardım Stansiyasının həkimləri tərəfindən aparılan ilkin tibbi müayinə nəticəsində həmin şəxsin xəstə olduğu müəyyən olunmuşdur. Əməliyyat saat 18:21-də başa çatmışdır;

Bakı şəhəri, Xətai rayonunda "BMW" və "VAZ" markalı 2 minik avtomobili toqquşmuşdur. Nəticədə, hər iki nəqliyyat vasitəsi deformasiyaya uğramış, hadisə zamanı həmin avtomobillərdə olan insanlar yaralanmışdır. Yaralılar xəstəxanaya aparılmışdır. Hadisə yerinə cəlb edilmiş xilasedicilər ərazidə müvafiq təhlükəsizlik tədbirləri görmüşlər. Əməliyyat saat 00:27-də başa çatmışdır;

Ağcabədi rayonu, Sülü kəndində (rayon mərkəzindən 17 km aralı) ümumi sahəsi 240 kv.m olan ikimərtəbəli fərdi evin və dam örtüyünün yanar konstruksiyaları 140 kv.m sahədə yanmışdır. Evin qalan hissəsi yanğınsöndürənlər tərəfindən yanğından mühafizə olunmuşdur. Yanğın saat 03.45-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.