Bakı şəhəri, Xəzər rayonunda vətəndaşa məxsus ümumi sahəsi 130 kv.m olan ikimərtəbəli 4 otaqlı fərdi evin dam örtüyünün yanar konstruksiyaları 40 kv.m sahədə yanmışdır. Yanğın saat 12:35-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;
Bakı şəhəri, Qaradağ rayonunda doqquzmərtəbəli yaşayış binasının liftində 1 nəfərin köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olmuşdur. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olmuşdur ki, lift texniki nasazlıq səbəbindən 2-ci mərtəbədə dayanmışdır. Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə liftin qapılarını açmış və zərərçəkmişin liftdən çıxmasına şərait yaratmışlar. Əməliyyat saat 13:03-də başa çatmışdır;
Bakı şəhəri, Xətai rayonunda mənzildə 1 nəfərin bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olmuşdur. Hadisə yerində əməliyyat şəraitini qiymətləndirərkən məlum olmuşdur ki, həmin şəxs mənzilin qapısının dəfələrlə döyülməsinə və telefon zənglərinə reaksiya vermir. Hadisə yerinə cəlb edilmiş xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə doqquzmərtəbəli yaşayış binasının 8-ci mərtəbəsinin eyvanından enərək 7-ci mərtəbədə yerləşən həmin mənzilə eyvandan daxil olmuş və giriş qapısını açmışlar. Mənzilə baxış keçirilərkən həmin şəxs yatmış vəziyyətdə aşkarlanmışdır. Əməliyyat saat 14:44-də başa çatmışdır;
Tərtər rayonu, Bəyimsarov kəndində (rayon mərkəzindən 16 km aralı) ümumi sahəsi 236 kv.m olan (hər mərtəbəsi 118 kv.m.) ikimərtəbəli 8 otaqlı fərdi evin yanar konstruksiyaları yanmış, evdə olan 2007-ci il təvəllüdlü Səfərov Cəsur Rüstəm oğlu həlak olmuşdur. Yaxınlıqdakı tikililər yanğınsöndürənlər tərəfindən yanğından mühafizə olunmuşdur. Hadisə ilə əlaqədar araşdırma aparılır. Yanğın saat 17:41-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;
Bakı şəhəri, Binəqədi rayonunda doqquzmərtəbəli yaşayış binasının liftində 1 nəfərin köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olmuşdur. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olmuşdur ki, lift texniki nasazlıq səbəbindən şaxtaya düşmüşdür. Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə lifti 5-ci mərtəbəyə qaldırmışdır. Liftdə gərgin psixoloji vəziyyətdə aşkarlanmış şəxs xilas olunaraq, aidiyyəti üzrə təhvil verilmişdir. Əməliyyat saat 18:38-də başa çatmışdır;
Sumqayıt şəhərində vətəndaşa məxsus həyətyanı sahədə tikilmiş ümumi sahəsi 30 kv.m olan taxta konstruksiyadan ibarət saunanın divar üzlüyünün yanar konstruksiyaları 6 kv.m sahədə yanmışdır. Yanğın saat 20:10-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;
Ucar rayonu, Quləbənd kəndində (rayon mərkəzindən 9 km aralı) ümumi sahəsi 230 kv.m olan birmərtəbəli 4 otaqlı fərdi evin mətbəxinin yanar konstruksiyaları əşyaları ilə birlikdə 21 kv.m sahədə yanmışdır. Yanğın saat 05:46-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.