Geri

12 aprel 2011-ci il, saat 09:00-dək

Bakı şəhəri, Yasamal rayonunda bağlı qapı arxasında yaşlı qadının köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olmuşdur. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olmuşdur ki, həmin şəxs giriş qapısının dəfələrlə döyülməsinə və telefon zənglərinə reaksiya vermir. Xilasedicilər doqquzmərtəbəli yaşayış binasının 5-ci mərtəbəsindəki mənzilin eyvanından enərək 4-cü mərtəbədə yerləşən həmin mənzilə eyvandan daxil olmuşlar. Mənzilə baxış keçirilərkən 1928-ci il təvəllüdlü Sokolova Anna Alekseyevna döşəmədə hərəkətsiz vəziyyətdə aşkarlanmışdır. Hadisə yerinə çağırılmış Təcili Tibbi Yardım Stansiyasının həkimləri tərəfindən aparılmış ilkin tibbi müayinə nəticəsində A.Sokolovanın vəfat etdiyi məlum olmuşdur. Əməliyyat saat 11:26-da başa çatmışdır;

Quba rayonu, Zərdabi qəsəbəsində (rayon mərkəzindən 12 km aralı) ümumi sahəsi 140 kv.m olan ikimərtəbəli 9 otaqlı fərdi evin yanar konstruksiyaları 50 kv.m sahədə yanmışdır. Yanğın saat 11:35-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Goranboy rayonu, Yolqulular kəndində (rayon mərkəzindən 30 km aralı) ümumi sahəsi 35 kv.m olan birmərtəbəli 2 otaqlı fərdi evin dam örtüyünün yanar konstruksiyları 6 kv.m sahədə və bitişik yerləşən ümumi sahəsi 120 kv.m olan tövlənin dam örtüyünün yanar konstruksiyaları 12 kv.m sahədə yanmışdır. Yanğın saat 14:20-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Zaqatala rayonu, Əlibayramlı kəndində (rayon mərkəzindən 20 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 48 kv.m olan tövlənin dam örtüyünün yanar konstruksiyaları və damına yığılmış 1 ton ot bağlaması yanmışdır. Yanğın saat 14:55-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Biləsuvar rayonu, Səmədabad kəndində Elektrik Şəbəkəsinə məxsus ümumi sahəsi 8 kv.m olan vakuum açarları olan tikilidə 10 p.m kabel yanmışdır. Yarımstansiya tikilisi və vakuum açarları yanğınsöndürənlər tərəfindən yanğından mühafizə olunmuşdur. Yanğın saat 16:32-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Masallı rayonu, Balatəknə kəndində (rayon mərkəzindən 8 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 96 kv.m olan tövlənin dam örtüyünün yanar konstruksiyaları 46 kv.m sahədə və içərisinə yığılmış 1250 kq ot bağlaması yanmışdır. Yanğın saat 18:44-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Abşeron rayonunda "ZİL" markalı yük avtomobili ilə "RANGE ROVER" markalı minik avtomobili toqquşmuşdur. Nəticədə, hər iki nəqliyyat vasitəsi deformasiyaya uğramış, "ZİL" markalı yük avtomobilinin sürücüsü yaralanmış, "RANGE ROVER" markalı minik avtomobilinin sürücüsü və 1 nəfər sərnişin həlak olmuşdur. Hadisə yerinə cəlb olunmuş xilasedicilər xüsusi alət və avadanlıqlar vasitəsilə avtomobildə sıxılmış vəziyyətdə qalmış iki nəfərin cəsədini nəqliyyat vasitəsindən çıxarmış, xəsarət alan şəxsə ilkin tibbi yardım göstərmiş və aidiyyəti üzrə təhvil vermiş, həmçinin, hadisə yerində müvafiq təhlükəsizlik tədbirləri görmüşlər. Əməliyyat saat 02:24-də başa çatmışdır;

Bakı şəhəri, Yasamal rayonunda mənzildə bir nəfərin bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olmuşdur. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olmuşdur ki, həmin şəxs mənzilin qapısının dəfələrlə döyülməsinə və uzunmüddətli telefon zənglərinə reaksiya vermir. Hadisə yerinə cəlb edilmiş xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə, xüsusi alət və avadanlıqlar vasitəsilə ikimərtəbəli yaşayış binasının 1-ci mərtəbəsində yerləşən mənzilin giriş qapısını bayır tərəfdən açmışlar. Mənzilə baxış keçirilərkən həmin şəxsin yatmış vəziyyətdə olduğu aşkarlanmışdır. Əməliyyat saat 03:19-da başa çatmışdır.