Bakı şəhəri, Yasamal rayonunda bağlı qapı arxasında yaşlı qadının köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olmuşdur. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olmuşdur ki, həmin şəxs giriş qapısının dəfələrlə döyülməsinə və telefon zənglərinə reaksiya vermir. Xilasedicilər doqquzmərtəbəli yaşayış binasının 5-ci mərtəbəsindəki mənzilin eyvanından enərək 4-cü mərtəbədə yerləşən həmin mənzilə eyvandan daxil olmuşlar. Mənzilə baxış keçirilərkən 1928-ci il təvəllüdlü Sokolova Anna Alekseyevna döşəmədə hərəkətsiz vəziyyətdə aşkarlanmışdır. Hadisə yerinə çağırılmış Təcili Tibbi Yardım Stansiyasının həkimləri tərəfindən aparılmış ilkin tibbi müayinə nəticəsində A.Sokolovanın vəfat etdiyi məlum olmuşdur. Əməliyyat saat 11:26-da başa çatmışdır;
Quba rayonu, Zərdabi qəsəbəsində (rayon mərkəzindən 12 km aralı) ümumi sahəsi 140 kv.m olan ikimərtəbəli 9 otaqlı fərdi evin yanar konstruksiyaları 50 kv.m sahədə yanmışdır. Yanğın saat 11:35-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.
Bakı şəhəri, Binəqədi rayonunda giriş qapısının təsadüfən kilidlənməsi nəticəsində azyaşlı uşaq mənzildə köməksiz vəziyyətdə qalmışdır. Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə iyirmimərtəbəli yaşayış binasının 10-cu mərtəbəsində yerləşən həmin mənzilə 11-ci mərtəbədəki mənzilin eyvanından enərək daxil olmuşlar. Mənzildə nəzarətsiz vəziyyətdə aşkarlanmış uşaq xilas olunaraq aidiyyəti üzrə təhvil verilmişdir. Əməliyyat 14:30-də başa çatmışdır;
Xaçmaz rayonu, 6-cı Şöbə qəsəbəsində (rayon mərkəzindən 6 km aralı) "HYUNDAI" markalı minik avtomobilinin yanar hissələri yanmışdır. Qəza zamanı avtomobilin sahibi bədən xəsarətləri almış və təcili yardım xidməti tərəfindən xəstəxanaya aparılmışdır. Yanğın saat 15:59-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;
Bakı şəhəri, Nəsimi rayonunda ümumi sahəsi 35 kv.m olan 2 otaqlı mənzilin mətbəxində 1 ədəd televizor və rəf yanmışdır. Yanğın zamanı mənzildə olan 1 nəfər yanğınsöndürənlər tərəfindən xilas olunmuşdur. Yanğın saat 17:03-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;
Sumqayıt şəhərində doqquzmərtəbəli yaşayış binasının liftində 2 nəfərin köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olmuşdur. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olmuşdur ki, lift texniki nasazlıq səbəbindən 4-cü mərtəbədə dayanmışdır. Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə liftin qapılarını açmış və zərərçəkmişlərin liftdən çıxmasına şərait yaratmışlar. Əməliyyat saat 17:12-də başa çatmışdır;
Zərdab şəhərində vətəndaşa məxsus ümumi sahəsi 62 kv.m olan tövlənin yanar konstruksiyaları 42 kv.m sahədə yanmışdır. Yanğın zamanı orada olan 1 nəfər yanıq xəsarəti almışdır. Yanğın saat 18.00-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;
Gəncə şəhəri, Yeni Gəncə qəsəbəsində giriş qapısının təsadüfən kilidlənməsi nəticəsində azyaşlı uşaq mənzildə köməksiz vəziyyətdə qalmışdır. Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə beşmərtəbəli yaşayış binasının 5-cı mərtəbəsində yerləşən həmin mənzilə damdan enərək pəncərədən daxil olmuş və giriş qapısını açmışlar. Mənzildə nəzarətsiz vəziyyətdə aşkarlanmış uşaq xilasedicilər tərəfindən aidiyyəti üzrə təhvil verilmişdir. Əməliyyat 18:04-də başa çatmışdır;
İmişli rayonunda ikimərtəbəli kommunal tipli yaşayış binasının həyətində ümumi sahəsi 60 kv.m olan təsərrüfat otağının dam örtüyünün yanar konstruksiyaları 10 kv.m sahədə yanmışdır. Yanğın saat 19:23-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;
Tərtər şəhəri, H.Əliyev prospektində istismarı dayandırılmış neft quyusunda qaz püskürməsi baş vermişdir. Yanğın hadisəsi olmamışdır. Baş verə biləcək yanğının qarşısını almaq məqsədilə yanğınsöndürənlər hadisə yerində növbə çəkirlər. Müvafiq qurumlar tərəfindən iş aparılır;
Bakı şəhəri, Nizami rayonunda yerləşən şadlıq sarayına partlayıcı qurğu yerləşdirilməsi barədə məlumat daxil olmuşdur. Dərhal Nazirliyin müvafiq xilasetmə qüvvələri axtarış-xilasetmə tədbirlərinin görülməsi üçün hadisə yerinə cəlb edilmiş, aidiyyəti qurumlar məlumatlandırılmışdır. Xilasedicilər hüquq-mühafizə orqanlarının mütəxəssisləri ilə birgə apardıqları axtarış işləri nəticəsində həmin ərazidə şübhəli əşya aşkar etməmişlər. Əməliyyatı saat 01:29-da başa çatmışdır;
Bakı şəhəri, Suraxanı rayonunda hazırda Füzuli rayonu məcburi köçkünlərinin məskunlaşdığı ümumi sahəsi 600 kv.m olan birmərtəbəli binanın dam örtüyünün yanar konstruksiyaları 200 kv.m sahədə yanmışdır. Binanın qalan hissəsi yanğınsöndürənlər tərəfindən yanğından mühafizə olunmuşdur. Yanğın saat 04:09-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;
Bakı şəhəri, Xətai rayonunda doqquzmərtəbəli yaşayış binasının liftində 1 nəfərin köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olmuşdur. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olmuşdur ki, lift texniki nasazlıq səbəbindən 1-ci mərtəbədə dayanmışdır. Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə liftin qapılarını açmış və zərərçəkmişin liftdən çıxmasına şərait yaratmışlar. Əməliyyat saat 21:10-da başa çatmışdır;
Şəki şəhərində vətəndaşa məxsus həyətyanı sahədə tikilmiş ümumi sahəsi 16 kv.m olan köməkçi tikilinin tavanının yanar konstruksiyaları tamamilə yanmışdır. Yanğın saat 22:02-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;
Bakı şəhəri, Səbail rayonunda səkkizmərtəbəli yaşayış binasının liftində 1 nəfərin köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olmuşdur. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olmuşdur ki, lift texniki nasazlıq səbəbindən 5-ci mərtəbədə dayanmışdır. Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə liftin qapılarını açmış və zərərçəkmişin liftdən çıxmasına şərait yaratmışlar. Əməliyyat saat 08:14-də başa çatmışdır.