Geri

01 aprel 2011-ci il, saat 09:00-dək

Qax rayonu, Qıpçaq kəndində (rayon mərkəzindən 25 km aralı) Qıpçaq Kənd Bələdiyyəsinə məxsus ərazidə 3 ha sahədə kol-kos yanmışdır. Yaxınlıqdakı meşə zolağı yanğınsöndürənlər tərəfindən yanğından mühafizə olunmuşdur. Yanğın saat 17:26-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

İmişli rayonu, Qaravəlli kəndində (rayon mərkəzindən 15 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 130 kv.m olan tövlənin dam örtüyünün yanar konstruksiyaları yanmış, hadisə zamanı tövlədə olan 15 baş iribuynuzlu və 10 baş xırdabuynuzlu heyvan tələf olmuşdur. Yanğın saat 17:41-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Quba rayonu, Ərməki kəndində (rayon mərkəzindən 18 km aralı) vətəndaşa ümumi sahəsi 91 kv.m olan tövlənin dam örtüyünün yanar konstruksiyaları 55 kv.m sahədə yanmışdır. Yanğın saat 18:16-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Bərdə şəhərində ümumi sahəsi 200 kv.m olan (hər mərtəbəsi 100 kv.m) ikimərtəbəli 6 otaqlı fərdi evin yanar konstruksiyaları və əşyalar 72 kv.m sahədə yanmışdır. Yanğın saat 21:11-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Göyçay rayonu, Yekəxana kəndində Hacıqabul rayonu magistral qaz kəməri idarəsinə məxsus ümumi sahəsi 27 kv.m olan vaqon tipli gözətçi köşkünün yanar konstruksiyaları yanmışdır. Yanğın saat 01:00-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Lənkəran rayonu, Zil kəndində (rayon mərkəzindən 10 km aralı) ümumi sahəsi 100 kv.m olan birmərtəbəli 3 otaqlı fərdi evin yanar konstruksiyaları və əşyalar yanmışdır. Yaxınlıqdakı tikililər yanğınsöndürənlər tərəfindən yanğından mühafizə olunmuşdur. Yanğın saat 02:14-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Bakı şəhəri, Suraxanı rayonunda ümumi sahəsi 20 kv.m olan 2 otaqlı fərdi evin yanar konstruksiyaları yanmış, hadisə zamanı evdə olan 1 nəfər yanıq xəsarəti almışdır. Yaralı xəstəxanaya aparılmışdır. Yanğın saat 02:42-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Bakı şəhəri, Yasamal rayonunda ümumi sahəsi 60 kv.m olan ikimərtəbəli 4 otaqlı fərdi evdə əşyalar 5 kv.m sahədə yanmışdır. Yanğın saat 06:40-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Xaçmaz rayonu, Xaspoladoba kəndində ( rayon mərkəzindən 6 km aralı) ümumi sahəsi 36 kv.m olan birmərtəbəli 1 otaqlı fərdi evin yanar konstruksiyaları və əşyalar 24 kv.m sahədə yanmışdır. Yanğın saat 08:00-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.