Geri

21 mart 2011-ci il, saat 09:00-dək

Bakı şəhəri, Sabunçu rayonunda "Nissan" markalı minik avtomobili sürücünün idarəetməsindən çıxaraq divara çırpılmışdır. Nəticədə, sürücü 1980-ci il təvəllüdlü Cəbrayılov Elnur Elxan oğlu həlak olaraq deformasiyaya uğramış nəqliyyat vasitəsində sıxılmış vəziyyətdə qalmışdır. Xilasedicilər xüsusi alət və avadanlıqlar vasitəsilə E.Cəbrayılovun cəsədini avtomobildən çıxarmış və aidiyyəti üzrə təhvil vermiş, həmçinin, ərazidə müvafiq təhlükəsizlik tədbirləri görmüşlər. Əməliyyat saat 10:38-də başa çatmışdır;

Bakı şəhəri, Suraxanı rayonunda giriş qapısının kilidinin sınması nəticəsində yaşlı qadın mənzildə köməksiz vəziyyətdə qalmışdır. Xilasedicilər xüsusi alət və avadanlıqlar vasitəsilə qonşu mənzilin eyvanından keçərək həmin mənzilə eyvandan daxil olmuş və giriş qapısını açmışlar. Mənzildə gərgin psixoloji vəziyyətdə aşkarlanmış şəxs xilasedicilər tərəfindən aidiyyəti üzrə təhvil verilmişdir. Əməliyyat saat 14:12-də başa çatmışdır;

Tərtər rayonu, Seyidimli kəndində (rayon mərkəzindən 3 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 21 kv.m olan vaqon tipli evin yanar konstruksiyaları və əşyalar yanmışdır. Yaxınlıqdakı tikililər yanğınsöndürənlər tərəfindən yanğından mühafizə olunmuşdur. Yanğın saat 14:30-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Masallı rayonu, Qədirli kəndində (rayon mərkəzindən 20 km aralı) ümumi sahəsi 100 kv.m olan birmərtəbəli 2 otaq və aynabənddən ibarət fərdi evin yanar konstruksiyaları və əşyalar yanmışdır. Yaxınlıqdakı tikililər yanğınsöndürənlər tərəfindən yanğından mühafizə olunmuşdur. Yanğın saat 15:20-də  yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Bakı şəhəri, Nəsimi rayonunda vətəndaşa məxsus ümumi sahəsi 45 kv.m olan 3 otaqlı mənzildə 5 kv.m. sahədə əşyalar yanmışdır. Yanğın saat 17:09-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Beyləqan rayonu, Şərq qəsəbəsində (rayon mərkəzindən 23 km aralı) vətəndaşa məxsus evin həyətyanı sahəsinə yığılmış 10 ton ot bağlaması yanmışdır. Yaxınlıqdakı tikililər yanğınsöndürənlər tərəfindən yanğından mühafizə olunmuşdur. Yanğın saat 17:16-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Bakı şəhəri, Nərimanov rayonunda mənzildə bağlı qapı arxasında yaşlı qadının köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olmuşdur. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olmuşdur ki, həmin şəxs giriş qapısının dəfələrlə döyülməsinə və telefon zənglərinə reaksiya vermir. Xilasedicilər xüsusi alət və avadanlıqlar vasitəsilə mənzilin qapısını bayır tərəfdən açmışlar. Mənzilə baxış keçirilərkən 1937-ci il təvəllüdlü Fedulova Ludmila Nikolayevna döşəmədə hərəkətsiz vəziyyətdə aşkarlanmışdır. Hadisə yerinə çağırılmış Təcili Tibbi Yardım Stansiyasının həkimləri tərəfindən aparılan ilkin tibbi müayinə nəticəsində L.Fedulovnanın vəfat etdiyi məlum olmuşdur. Qeyd olunan şəxsin cəsədi xilasedicilər tərəfindən aidiyyəti üzrə təhvil verilmişdir. Əməliyyat saat 17:47-də başa çatmışdır;

Bakı şəhəri, Nizami rayonunda doqquzmərtəbəli yaşayış binasının liftində 1 nəfərin köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olmuşdur. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olmuşdur ki, lift texniki nasazlıq səbəbindən 5-ci və 4-cü mərtəbələr arasında dayanmışdır. Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə, xüsusi alət və avadanlıqlar vasitəsilə lifti 5-ci mərtəbəyə qaldırmış və qapılarını açaraq zərərçəkmişin liftdən çıxmasına şərait yaratmışlar. Əməliyyat saat 20:17-də başa çatmışdır;

Saatlı rayonu, Minbaşı kəndində (rayon mərkəzindən 2 km aralı) ümumi sahəsi 120 kv.m olan birmərtəbəli 3 otaq və aynabənddən ibarət fərdi evdə tavanın yanar konstruksiyaları 30 kv.m sahədə yanmışdır. Yanğın saat 22:00-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Bakı şəhəri, Yasamal rayonunda onaltımərtəbəli yaşayış binasının liftində 1 nəfərin köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olmuşdur. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olmuşdur ki, lift texniki nasazlıq səbəbindən 5-ci mərtəbədə dayanmışdır. Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə, xüsusi alət və avadanlıqlar vasitəsilə liftin qapılarını açmış və zərərçəkmişin liftdən çıxmasına şərait yaratmışlar. Əməliyyat saat 22:44-də başa çatmışdır;

Bakı şəhəri, Sabunçu rayonunda ümumi sahəsi 55 kv.m olan birmərtəbəli 2 otaqlı fərdi evin mətbəxinin yanar konstruksiyaları və əşyalar 10 kv.m sahədə yanmışdır. Yanğın saat 23:02-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Bakı şəhəri, Yasamal rayonunda onikimərtəbəli yaşayış binasının liftində 4 nəfərin köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olmuşdur. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olmuşdur ki, lift texniki nasazlıq səbəbindən 2-ci mərtəbədə dayanmışdır. Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə, xüsusi alət və avadanlıqlar vasitəsilə liftin qapılarını açmış və zərərçəkmişlərin liftdən çıxmasına şərait yaratmışlar. Əməliyyat saat 00:26-da başa çatmışdır;

Şabran rayonu, Liman kəndində (rayon mərkəzindən 9 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 66 kv.m olan tövlənin yanar konstruksiyaları yanmış, hadisə zamanı həmin tövlədə olan 12 baş iribuynuzlu heyvan tələf olmuşdur. Yaxınlıqdakı tikililər yanğınsöndürənlər tərəfindən yanğından mühafizə olunmuşdur. Yanğın saat 03:00-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Bakı şəhəri, Nizami rayonunda mənzildə bağlı qapı arxasında 1 nəfərin köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olmuşdur. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olmuşdur ki, həmin şəxs giriş qapısının dəfələrlə döyülməsinə və telefon zənglərinə reaksiya vermir. Xilasedicilər xüsusi texnika vasitəsilə beşmərtəbəli yaşayış binasının 1-ci mərtəbəsində yerləşən həmin mənzilə qalxaraq pəncərədən daxil olmuşlar. Mənzildə kəskin qaz iyinin gəlməsini nəzərə alan xilasedicilər müvafiq təhlükəsizlik tədbirləri görmüş və giriş qapısını açmışlar. Mənzilə baxış keçirən 1990-cı il təvəllüdlü Seyfətov Xəlil Şamil oğlu yataqda hərəkətsiz vəziyyətdə aşkarlanmışdır. Hadisə yerinə çağırılmış Təcili Tibbi Yardım Stansiyasının həkimləri tərəfindən aparılan ilkin tibbi müayinə nəticəsində X.Seyfətovun vəfat etdiyi müəyyən olunmuşdur. Qeyd olunan şəxsin cəsədi xilasedicilər tərəfindən aidiyyəti üzrə təhvil verilmişdir. Əməliyyat saat 06:24-də başa çatmışdır.