Geri

19 mart 2011-ci il, saat 09:00-dək

Sumqayıt şəhərində ümumi sahəsi 40 kv.m olan birmərtəbəli 3 otaqlı fərdi evin yanar konstruksiyaları və əşyalar 12 kv.m sahədə yanmışdır. Yanğın saat 10:58-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Bakı şəhəri, Yasamal rayonunda beşmərtəbəli yaşayış binasının liftində 1 nəfərin köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olmuşdur. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olmuşdur ki, lift texniki nasazlıq səbəbindən 5-ci mərtəbədə dayanmışdır. Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə, xüsusi alət və avadanlıqlar vasitəsilə liftin qapılarını açmış və zərərçəkmişin liftdən çıxmasına şərait yaratmışlar. Əməliyyat saat 11:00-da başa çatmışdır;

Sumqayıt şəhərində bağlı qapı arxasında yaşlı qadının köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olmuşdur. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən həmin şəxsin müstəqil şəkildə giriş qapısını açmaq iqtidarında olmadığı müəyyən edilmişdir. Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə, xüsusi alət və avadanlıqlar vasitəsilə beşmərtəbəli yaşayış binasının 5-ci mərtəbəsinin eyvanından enərək 3-cü mərtəbədə yerləşən həmin mənzilə pəncərədən daxil olmuş və giriş qapısını açmışlar. Mənzildə xəstə vəziyyətdə aşkarlanmış həmin şəxs xilasedicilər tərəfindən aidiyyəti üzrə təhvil verilmişdir. Əməliyyat saat 12:50-də başa çatmışdır;

Abşeron rayonu, Masazır qəsəbəsində vətəndaşa məxsus ümumi sahəsi 900 kv.m olan üçmərtəbəli "Can Təpə" restoranının dam örtüyünün yanar konstruksiyaları 300 kv.m sahədə yanmışdır. Yanğın saat 14:14-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Ağstafa rayonu, Böyük Kəsik kəndində vətəndaşa məxsus həyətyanı sahədə talvarın altına yığılmış 5 ton ot bağlaması yanmışdır. Yanğın saat 18:40-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Zaqatala rayonu, Muxax kəndində Muxax Kənd Bələdiyyəsinə məxsus ərazidə 2 ha sahədə kol-kos yanmışdır. Yanğın saat 18:54-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Bakı şəhəri, Nəsimi rayonunda altımərtəbəli yaşayış binasının liftində 1 nəfərin köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olmuşdur. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olmuşdur ki, lift texniki nasazlıq səbəbindən 4-cü mərtəbədə dayanmışdır. Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə liftin qapılarını açmış və zərərçəkmişin liftdən çıxmasına şərait yaratmışlar. Əməliyyat saat 19:47-də başa çatmışdır;

Bakı şəhəri, Suraxanı rayonunda ümumi sahəsi 70 kv.m olan birmərtəbəli 2 otaqlı fərdi evin yanar konstruksiyaları yanmışdır. Hadisə yerinə cəlb olunmuş yanğınsöndürənlər yaxınlıqdakı evləri yanğından mühafizə etmişlər. Yanğın saat 03:30-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür. Yanğın yerinin kəşfiyyatı zamanı ev sahibi 1977-ci il təvəllüdlü Şabayev Mədət Nazim oğlunun cəsədi aşkarlanmışdır. Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən araşdırma aparılır.