Geri

18 mart 2011-ci il, saat 15:50-dək

Bakı şəhəri, Yasamal rayonunda beşmərtəbəli yaşayış binasının liftində 1 nəfərin köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olmuşdur. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olmuşdur ki, lift texniki nasazlıq səbəbindən 5-ci mərtəbədə dayanmışdır. Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə, xüsusi alət və avadanlıqlar vasitəsilə liftin qapılarını açmış və zərərçəkmişin liftdən çıxmasına şərait yaratmışlar. Əməliyyat saat 11:00-da başa çatmışdır;

Sumqayıt şəhərində bağlı qapı arxasında yaşlı qadının köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olmuşdur. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən həmin şəxsin müstəqil şəkildə giriş qapısını açmaq iqtidarında olmadığı müəyyən edilmişdir. Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə, xüsusi alət və avadanlıqlar vasitəsilə beşmərtəbəli yaşayış binasının 5-ci mərtəbəsinin eyvanından enərək 3-cü mərtəbədə yerləşən həmin mənzilə pəncərədən daxil olmuş və giriş qapısını açmışlar. Mənzilə baxış keçirilərkən döşəmədə hərəkətsiz vəziyyətdə aşkarlanmış vətəndaş xilasedicilər tərəfindən aiddiyyəti üzrə təhvil verilmişdir. Əməliyyat saat 12:50-də başa çatmışdır.

Geri

18 mart 2011-ci il, saat 09:00-dək

Qax rayonu, Tasmalı kəndində (rayon mərkəzindən 25 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 80 kv.m olan talvarın yanar konstruksiyaları 30 kv.m sahədə yanmışdır. Yanğın saat 12:53-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Bakı şəhəri, Xəzər rayonunda vətəndaşa məxsus ümumi sahəsi 150 kv.m olan ikimərtəbəli 4 otaqlı fərdi evin 2 otağının yanar konstruksiyaları ev əşyaları ilə birlikdə 70 kv.m sahədə yanmışdır. Yanğın saat 16:07-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Bakı şəhəri, Sabunçu rayonunda mənzildə bir nəfərin bağlı qapı arxasında köməksiz vəziyyətidə qalması barədə məlumat daxil olmuşdur. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olmuşdur ki, həmin şəxs mənzilin qapısının dəfələrlə döyülməsinə və uzun müddətli telefon zənglərinə reaksiya vermir. Hadisə yerinə cəlb edilmiş xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə beşmərtəbəli yaşayış binasının 4-cü mərtəbəsində yerləşən mənzilin eyvanından enərək 3-cü mərtəbədə yerləşən həmin mənzilə pəncərədən daxil olmuş və giriş qapısını açmışlar. Mənzilə baxış keçirilərkən döşəmədə hərəkətsiz vəziyyətdə aşkarlanmış vətəndaş xilasedicilər tərəfindən aiddiyyəti üzrə təhvil verilmişdir. Əməliyyat saat 22:05-də başa çatmışdır;

Bakı şəhəri, Nəsimi rayonunda mənzildə bir nəfərin bağlı qapı arxasında köməksiz vəziyyətidə qalması barədə məlumat daxil olmuşdur. Hadisə yerində əməliyyat şəraitini qiymətləndirərkən məlum olmuşdur ki, həmin şəxs mənzilin qapısının dəfələrlə döyülməsinə və uzun müddətli telefon zənglərinə reaksiya vermir. Hadisə yerinə cəlb edilmiş xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə onyeddimərtəbəli yaşayış binasının 7-ci mərtəbəsində yerləşən həmin mənzilin qapısını bayır tərəfdən açmışlar. Mənzilə baxış keçirilərkən döşəmədə hərəkətsiz vəziyyətdə aşkarlanmış vətəndaş xilasedicilər tərəfindən aiddiyyəti üzrə təhvil verilmişdir. Əməliyyat saat 03:46-da başa çatmışdır;

Qusar rayonu, Əlifoba kəndində (rayon mərkəzindən 41 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 240 kv.m olan ikimərtəbəli 8 otaqlı fərdi evin dam örtüyünün yanar konstruksiyaları 120 kv.m sahədə yanmışdır. Yanğın saat 04:50-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Dənizin Astara şəhəri sahillərində balıqçı qayığının çevrilməsi nəticəsində itkin düşdüyü ehtimal olunan bir nəfərin axtarışları Fövqəladə Hallar Nazirliyinin dalğıc-xilasediciləri tərəfindən davam etdirilir.