Geri

16 mart 2011-ci il, saat 14:00-dək

Bakı şəhəri, Nəsimi rayonunda mənzildə bağlı qapı arxasında yaşlı qadının köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olmuşdur. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olmuşdur ki, həmin şəxs giriş qapısının dəfələrlə döyülməsinə və telefon zənglərinə reaksiya vermir. Xilasedicilər xüsusi alət və avadanlıqlar vasitəsilə beşmərtəbəli yaşayış binasının sonuncu mərtəbəsindən enərək 3-cü mərtəbədə yerləşən həmin mənzilə pəncərədən daxil olmuş və giriş qapısını açmışlar. Mənzilə baxış keçirilərkən 1929-cu il təvəllüdlü Gülnarə İbrahim qızı Əliyeva döşəmədə hərəkətsiz vəziyyətdə aşkarlanmışdır. Hadisə yerinə çağırılmış Təcili Tibbi Yardım Stansiyasının həkimləri tərəfindən aparılan ilkin tibbi müayinə nəticəsində qeyd olunan şəxsin vəfat etdiyi məlum olmuşdur. Xilasedicilər G.Əliyevanın cəsədini aidiyyəti üzrə təhvil vermişlər. Əməliyyat saat 10:52-də başa çatmışdır.
Geri

16 mart 2011-ci il, saat 09:00-dək

Cəlilabad rayonu, Çünzəli kəndində ümumi sahəsi 128 kv.m olan ikimərtəbəli 4 otaq və aynabənddən ibarət fərdi evin yanar konstruksiyaları 60 kv.m sahədə yanmışdır. Yanğın saat 18:32-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Sumqayıt şəhərində mənzildə köməksiz vəziyyətdə 1 nəfərin qalması barədə məlumat daxil olmuşdur. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olmuşdur ki, həmin şəxs giriş qapısının dəfələrlə döyülməsinə və telefon zənglərinə reaksiya vermir. Xilasedicilər xüsusi alət və avadanlıqlar vasitəsilə beşmərtəbəli yaşayış binasının 3-cü mərtəbəsinin eyvanından enərək 2-ci mərtəbədə yerləşən həmin mənzilə eyvandan daxil olmuş və giriş qapısını açmışlar. Mənzildə yatmış vəziyyətdə aşkarlanmış vətəndaş xilasedicilər tərəfindən aidiyyəti üzrə təhvil verilmişdir. Əməliyyat saat 20:17-də başa çatmışdır;

Bakı şəhəri, Yasamal rayonu ərazisində Azərbaycan Dövlət Nəşriyyatının yerləşdiyi binaya partlayıcı qurğu yerləşdirilməsi barədə məlumat daxil olmuşdur. Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri axtarış-xilasetmə tədbirlərinin görülməsi üçün hadisə yerinə cəlb edilmiş, aidiyyəti qurumlar məlumatlandırılmışdır. Xilasedicilər binada olan insanların təhlükəsizliyini təmin etmiş və Nazirliyin mütəxəssisləri hüquq-mühafizə orqanlarının əməkdaşları ilə birgə binada axtarış işləri aparmışlar. Axtarışlar nəticəsində partlayıcı qurğu və şübhəli əşya aşkar edilməmişdir. Əməliyyat saat 22:30-da başa çatmışdır;

Astara şəhərində ümumi sahəsi 70 kv.m olan birmərtəbəli 4 otaqlı fərdi evdə tavanın yanar konstruksiyaları 20 kv.m sahədə yanmışdır. Yanğın saat 23:30-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Astara rayonu, Ərcivan kəndində (rayon mərkəzindən 10 km aralı) ümumi sahəsi 112 kv.m olan birmərtəbəli 5 otaqlı fərdi evdə soyuducu yanmışdır. Yanğın saat 23:40-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Bakı şəhəri, Nərimanov rayonunda "Mercedes" və "VAZ" markalı 2 minik avtomobili toqquşmuşdur. Nəticədə, hər iki nəqliyyat vasitəsi deformasiyaya uğramış, sürücülər yaralanmışdır. Xilasedicilər yaralılara hadisə yerində ilkin tibbi yardım göstərmiş və aidiyyəti üzrə təhvil vermiş, həmçinin, ərazidə müvafiq təhlükəsizlik tədbirləri görmüşlər. Əməliyyat saat 00:26-da başa çatmışdır;

Neftçala rayonu, Bankə qəsəbəsində vətəndaşa məxsus ümumi sahəsi 24 kv.m olan tövlənin yanar konstruksiyaları 15 kv.m sahədə yanmışdır. Yanğın saat 03:45-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Balakən şəhərində Mənzil İstismar İdarəsinə məxsus taxta konstruksiyadan inşa olunmuş ümumi sahəsi 400 kv.m olan ikimərtəbəli binanın dam örtüyünün yanar konstruksiyaları 200 kv.m sahədə və 1 otağın yanar konstruksiyaları 40 kv.m sahədə yanmışdır. Binanın qalan hissəsi yanğınsöndürənlər tərəfindən yanğından mühafizə olunmuşdur. Yanğın saat 05:30-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Xaçmaz şəhərində ümumi sahəsi 100 kv.m olan ikimərtəbəli 4 otaqlı fərdi evin dam örtüyünün yanar konstruksiyaları 20 kv.m sahədə yanmışdır. Yanğın saat 06:32-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Naftalan şəhərində istifadəyə yararsız ümumi sahəsi 700 kv.m olan birmərtəbəli binanın yanar konstruksiyaları (100 kv.m sahəsi şəhər mədəniyyət şöbəsinin nəzdində tarix muzeyi kimi istifadə olunur, digər 600 kv.m sahədə isə istifadəyə yararsız əşyalar yığılıb) yanmışdır. Hadisə yerinə cəlb olunmuş yanğınsöndürənlər muzeydə olan əşyaların təxliyyəsini həyata keçirmiş və həmin binaya bitişik tikililəri yanğından mühafizə etmişlər. Yanğın saat 07:45-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Bakı şəhəri, Xətai rayonunda "VAZ" markalı minik və "Kamaz" markalı yük avtomobili toqquşmuşdur. Nəticədə, hər iki nəqliyyat vasitəsi deformasiyaya uğramış, minik avtomobilinin sürücüsü yaralanmışdır. Xilasedicilər yaralıya hadisə yerində ilkin tibbi yardım göstərmiş və aidiyyəti üzrə təhvil vermiş, həmçinin, ərazidə müvafiq təhlükəsizlik tədbirləri görmüşlər. Əməliyyat saat 08:26-da başa çatmışdır.