Geri

09 Fevral 2011-ci il, saat 09:00-dək

Ağstafa rayonu, Köçəsgər kəndində (rayon mərkəzindən 9km aralı) Köçəsgər Kənd Bələdiyyəsinə məxsus ərazidə 2ha sahədə qamışlıq yanmışdır. Yanğın saat 16:27-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Ağstafa rayonu, Kəsəmən kəndində Kəsəmən Kənd Bələdiyyəsinə məxsus ərazidə 5ha sahədə quru ot yanmışdır. Yaxınlıqdakı ağaclar hadisə yerinə cəlb olunmuş yanğınsöndürənlər tərəfindən yanğından mühafizə olunmuşdur. Yanğın saat 17:30-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Bakı şəhəri, Səbail rayonunda Dənizkənarı Milli Parkın ərazisində 1 nəfər dənizin nəzarət olunmayan hissəsində suda batma təhlükəsi ilə üzləşmişdir. Fövqəladə Hallar Nazirliyinin dalğıc-xilasediciləri həmin şəxsi xilas etmiş və aidiyyəti üzrə təhvil vermişlər. Əməliyyat saat 18:10-da başa çatmışdır; 

Goranboy rayonu, Qarqucaq kəndində vətəndaşa məxsus ümumi sahəsi 48kv.m olan birmərtəbəli 2 otaqlı fərdi evin yanar konstruksiyaları və əşyaları 36kv.m sahədə yanmışdır. Yanğın saat 18:52-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Cəlilabad rayonu, Cəngan kəndində (rayon mərkəzindən 17km aralı) vətəndaşa məxsus ümumi sahəsi 70kv.m olan tövlənin dam örtüyünün yanar konstruksiyaları 50kv.m sahədə yanmışdır. Yanğın saat 21:50-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Bakı şəhəri, Suraxanı rayonunda vətəndaşa məxsus ümumi sahəsi 12kv.m olan taxta konstruksiyalardan ibarət köməkçi tikili yanmışdır. Hadisə yerinə cəlb edilmiş yanğınsöndürənlər yaxınlıqdakı tikililəri yanğından mühafizə etmişlər. Yanğın saat 22:45-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Ağdam rayonu, Əsədli kəndində (rayon mərkəzindən 25km aralı) vətəndaşa məxsus ümumi sahəsi 12kv.m olan ərzaq malları mağazasının yanar konstruksiyaları içərisindəki mallarla birlikdə və həmin mağazaya bitişik tikilmiş ümumi sahəsi 60kv.m olan tövlənin çardağının yanar konstruksiyaları içərisinə yığılmış 3 ton ot bağlaması ilə birlikdə yanmışdır. Hadisə yerinə cəlb olunmuş yanğınsöndürənlər yaxınlıqdakı tikililəri yanğından mühafizə etmişlər. Yanğın saat 04:00-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.