Geri

07 Fevral 2011-ci il, saat 17:40-dək

Bakı şəhəri, Qaradağ rayonunda yanacaqdoldurma məntəqəsində 30 tonluq yeraltı yanacaq çənində yanacaq (benzin) yanmışdır. Hadisə yerinə cəlb olunmuş yanğınsöndürənlər yaxınlıqdakı yanacaqla dolu 2 ədəd çəni yanğından mühafizə etmişlər. Yanğın saat 10:50-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Masallı rayonu, Marsan kəndində (rayon mərkəzindən 20km aralı) ümumi sahəsi 88kv.m olan birmərtəbəli 2 otaq və aynabənddən ibarət fərdi evin yanar konstruksiyaları və həmin evə bitişik tikilmiş talvarın yanar konstruksiyaları 39kv.m sahədə yanmışdır. Yanğın saat 12:33-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Sabirabad rayonu, Qaralar kəndində (rayon mərkəzindən 15km aralı) ayrı-ayrı vətəndaşlara məxsus ümumi sahəsi 2400kv.m və ümumi sahəsi 1500kv.m olan quşçuluq fermasının yanar konstruksiyaları yanmış, hadisə zamanı fermadakı cücələr tələf olmuşdur. Hadisə yerinə cəlb olunmuş yanğınsöndürənlər yaxınlıqdakı 3 fermanı yanğından mühafizə etmişlər. Yanğın saat 14:15-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.

7 fevral 2011-ci il tarixində "112" zəng mərkəzinə Masallı şəhərində ATS-in yerləşdiyi dördmərtəbəli binanın bir hissəsinin çökməsi barədə məlumat daxil olmuşdur. Dərhal Nazirliyin müvafiq xilasetmə qüvvələrinin mütəxəssisləri lazımi tədbirlərin görülməsi üçün hadisə yerinə cəlb edilmiş, aidiyyəti qurumlar məlumatlandırılmışdır. İlkin məlumata əsasən, dağıntılar altından 1 nəfərin cəsədi çıxarılmış, 4 nəfər xəsarət almışdır. Hazırda dağıntılar altıda qalmış daha 1 nəfərin xilas olunması işləri davam etdirilir.

Geri

07 Fevral 2011-ci il, saat 09:00-dək

Mingəçevir şəhərində vətəndaşa məxsus ümumi sahəsi 120kv.m olan sexdə qəliblər 40kv.m sahədə yanmışdır. Yanğın saat 09:05-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Şamaxı rayonu, Çöl Bağırlı kəndində vətəndaşa məxsus ümumi sahəsi 48kv.m olan tövlənin yanar konstruksiyaları 16kv.m sahədə və həmin tövlənin damına yığılmış 3 ton ot bağlaması yanmışdır. Hadisə yerinə cəlb olunmuş yanğınsöndürənlər yanğın zamanı tövlədə olan 2 iribuynuzlu heyvanı yanğından xilas etmişlər. Yanğın saat 12:38-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Bərdə rayonu, Böyük Göyüşlü kəndində (rayon mərkəzindən 18km aralı) vətəndaşa məxsus evin həyətyanı sahəsində 5 ton ot bağlaması yanmışdır. Yanğın saat 14:12-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Bakı şəhəri, Nizami rayonunda mənzilin qapısının təsadüfən kilidlənməsi  nəticəsində azyaşlı uşaq mənzildə köməksiz vəziyyətdə qalmışdır. Hadisə yerinə cəlb olunmuş xilasedicilər xüsusi alət və avadanlıqlar vasitəsilə beşmərtəbəli yaşayış binasının sonuncu mərtəbəsinin eyvanından enərək 4-cü mərtəbədə yerləşən həmin mənzilə eyvandan daxil olmuş və giriş qapısını açmışlar. Mənzildə gərgin psixoloji vəziyyətdə aşkarlanmış uşaq xilasedicilər tərəfindən aidiyyəti üzrə təhvil verilmişdir. Əməliyyat saat 16:19-da başa çatmışdır;

Bakı şəhəri, Nəsimi rayonunda yaşlı kişinin mənzildə köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olmuşdur. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olmuşdur ki, həmin şəxs mənzilin qapısının dəfələrlə döyülməsinə və telefon zənglərinə reaksiya vermir. Xilasedicilər xüsusi alət və avadanlıqlar vasitəsilə beşmərtəbəli yaşayış binasının 2-ci mərtəbəsində yerləşən həmin mənzilə qalxaraq eyvandan daxil olmuş və giriş qapısını açmışlar. Mənzilə baxış keçirilərkən 1944-cü il təvəllüdlü Sevdi Mirzəyev döşəmədə hərəkətsiz vəziyyətdə aşkarlanmışdır. Hadisə yerinə çağırılmış təcili tibbi yardım stansiyasının həkimləri tərəfindən keçirilmiş ilkin tibbi müayinə nəticəsində S.Mirzəyevin vəfat etdiyi məlum olmuşdur. Əməliyyat saat 16:43-də başa çatmışdır;

Bakı şəhəri, Nərimanov rayonunda yaşlı qadının mənzildə köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olmuşdur. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olmuşdur ki, həmin şəxs mənzilin qapısının dəfələrlə döyülməsinə və telefon zənglərinə  reaksiya vermir. Xilasedicilər xüsusi alət və avadanlıqlar vasitəsilə beşmərtəbəli yaşayış binasının 4-cü mərtəbəsindən enərək 3-cü mərtəbədə yerləşən həmin mənzilə eyvandan daxil olmuş və giriş qapısını açmışlar. Mənzilə baxış keçirilərkən 1941-ci il təvəllüdlü Mənzər Piriyeva döşəmədə hərəkətsiz vəziyyətdə aşkarlanmışdır. Hadisə yerinə çağırılmış təcili tibbi yardım stansiyasının həkimləri tərəfindən keçirilmiş ilkin tibbi müayinə nəticəsində M.Piriyevanın vəfat etdiyi məlum olmuşdur. Əməliyyat saat 20:30-da başa çatmışdır;

Bakı şəhəri, Səbail rayonunda ümumi sahəsi 40kv.m olan vaqon tipli köşkün yanar konstruksiyaları və içərisindəki əşyalar yanmışdır. Yanğın saat 23:22-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Goranboy rayonu, Qaraçinar kəndində ümumi sahəsi 65kv.m olan birmərtəbəli 2 otaq və aynabənddən ibarət fərdi evin dam örtüyünün yanar konstruksiyaları 30kv.m sahədə yanmışdır. Yanğın saat 00:30-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Bakı şəhəri, Yasamal rayonunda mənzildə bağlı qapı arxasında 1 nəfərin köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olmuşdur. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olmuşdur ki, həmin şəxs mənzilin qapısının dəfələrlə döyülməsinə və telefon zənglərinə reaksiya vermir. Xilasedicilər xüsusi alət və avadanlıqlar vasitəsilə doqquzmərtəbəli yaşayış binasının 7-ci mərtəbəsindəki mənzilin eyvanından enərək 6-cı mərtəbədə yerləşən həmin mənzilə eyvandan daxil olmuş və giriş qapısını açmışlar. Mənzilə baxış keçirilərkən vətəndaş yatmış vəziyyətdə aşkarlanmışdır. Əməliyyat saat 00:32-də başa çatmışdır;

Füzuli rayonu, Kürdmahmudlu kəndində (rayon mərkəzindən 10km aralı) ümumi sahəsi 96kv.m olan birmərtəbəli 3 otaqlı fərdi evdə tavanın yanar konstruksiyaları 20kv.m sahədə yanmışdır. Yanğın saat 06:20-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.