Geri

06 Fevral 2011-ci il, saat 09:00-dək

Şəki şəhərində ümumi sahəsi 256kv.m olan birmərtəbəli 6 otaqlı fərdi evin dam örtüyünün yanar konstruksiyaları yanmışdır. Yanğın saat 12:35-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Bakı şəhəri, Xətai rayonunda partlayıcı qurğu ehtimal olunan şübhəli əşyanın aşkarlanması barədə məlumat daxil olmuşdur. Dərhal Nazirliyin müvafiq qurumlarının mütəxəssisləri lazımi tədbirlərin görülməsi üçün hadisə yerinə cəlb edilmiş, aidiyyəti qurumlar məlumatlandırılmışdır. Nazirliyin mütəxəssisləri hüquq mühafizə orqanlarının əməkdaşları ilə birgə ərazidə müvafiq təhlükəsizlik tədbirləri görmüş və əraziyə baxış keçirmişlər. Nəticədə, qeyd olunan ərazidə partlayıcı qurğu aşkar edilməmişdir. Əməliyyat saat 13:52-də başa çatmışdır;

Bakı şəhəri, Xətai rayonunda doqquzmərtəbəli yaşayış binasının liftində 2 nəfərin köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olmuşdur. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olmuşdur ki, lift texniki nasazlıq səbəbindən 3-cü mərtəbədə dayanmışdır. Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə lifti 5-ci mərtəbəyə qaldırmış və zərərçəkmişlərin liftdən çıxmasına şərait yaratmışlar. Əməliyyat saat 14:41-də başa çatmışdır;

Ağsu şəhərində Səhiyyə Nazirliyinə məxsus Ağsu rayon Mərkəzi Xəstəxanasının Ağciyər Xəstəlikləri şöbəsinin ümumi sahəsi 314kv.m olan birmərtəbəli korpusunun taxta konstruksiyaları 174kv.m sahədə yanmışdır. Yanğın saat 16:30-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Bakı şəhəri, Yasamal rayonunda ümumi sahəsi 100kv.m olan ikimərtəbəli 6 otaqlı fərdi evdə tavanın yanar konstruksiyaları 20kv.m sahədə yanmışdır. Yanğın saat 21:30-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Bakı şəhəri, Qaradağ rayonunda ümumi sahəsi 75kv.m olan 4 otaqlı fərdi evin yanar konstruksiyaları 30kv.m sahədə yanmışdır. Yanğın saat 03:30-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Bakı şəhəri, Binəqədi rayonunda vətəndaş tərəfindən yaşayış evi kimi istifadə olunan ümumi sahəsi 24kv.m olan vaqonun yanar konstruksiyaları yanmış, hadisə zamanı vaqonda olan 1 nəfər yanıq xəsarətləri almışdır. Yaralı xəstəxanaya yerləşdirilmişdir. Hadisə yerinə cəlb olunmuş yanğınsöndürənlər yaxınlıqdakı tikililəri yanğından mühafizə etmişlər. Yanğın saat 07:25-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür