Geri

05 Fevral 2011-ci il, saat 09:00-dək

Xaçmaz şəhərində vətəndaşa məxsus ümumi sahəsi 20kv.m olan köməkçi tikilinin yanar konstruksiyaları 9kv.m sahədə yanmışdır. Yanğın saat 11:10-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Zaqatala şəhərində vətəndaşa məxsus quşçuluq fabrikinin ümumi sahəsi 60kv.m olan birmərtəbəli 3 otaqlı inzibati binasının 1 otağının yanar konstruksiyaları və içərisində olan əşyalar 20kv.m sahədə yanmışdır. Yanğın saat 14:40-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Bakı şəhəri, Nəsimi rayonunda mənzildə bağlı qapı arxasında 1 nəfərin köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olmuşdur. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olmuşdur ki, həmin şəxs giriş qapısının dəfələrlə döyülməsinə və telefon zənglərinə reaksiya vermir. Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə doqquzmərtəbəli yaşayış binasının 5-ci mərtəbəsindən enərək 4-cü mərtəbədə yerləşən həmin mənzilə eyvandan daxil olmuş və giriş qapısını açmışlar. Mənzildə hərəkətsiz vəziyyətdə aşkarlanmış vətəndaş xilasedicilər tərəfindən hadisə yerinə çağırılmış təcili tibbi yardım stansiyasının həkimlərinə təhvil verilmişdir. Əməliyyat saat 15:34-də başa çatmışdır;

Bak şəhəri, Nizami rayonunda giriş qapısının kilidinin sınması nəticəsində 2 yaşlı şəxs  mənzildə köməksiz vəziyyətdə qalmışdır. Hadisə yerinə cəlb edilmiş xilasedicilər xüsusi alət və avadanlıqlar vasitəsilə beşmərtəbəli yaşayış binasının sonuncu mərtəbəsində yerləşən həmin mənzilin qapısını bayır tərəfdən açmışlar. Bununla da vətəndaşlara xilasedicilər tərəfindən müvafiq köməklik göstərilmişdir. Əməliyyat saat 19:00-da başa çatmışdır;

Bakı şəhəri, Yasamal rayonunda yerləşən Azərbaycan Texniki Universitetinin beşmərtəbəli yataqxana binasında yanğınla davam edən partlayış hadisəsinin baş verməsi barədə məlumat daxil olmuşdur. Dərhal Nazirliyin müvafiq qüvvələri zəruri tədbirlərin görülməsi üçün hadisə yerinə cəlb edilmiş, aidiyyəti qurumlar məlumatlandırılmışdır. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olmuşdur ki, binanın 2-ci mərtəbəsində 1950-ci il təvəllüdlü Cəfərov Rəhman Qulam oğluna məxsus mənzilin yanar konstruksiyaları 60kv.m sahədə yanmış, hadisə zamanı binada olan vətəndaşlardan 9-u müxtəlif xəsarətlər almışdır. Zərərçəkmişlər xəstəxanaya aparılmışdır. Hadisə yerinə cəlb olunmuş yanğınsöndürənlər 10 nəfəri, o cümlədən 4 azyaşlı uşağı yanğından xilas etmiş, daha 32 nəfərin təxliyyəsini həyata keçirmiş, yataqxana binasını yanğından mühafizə etmişlər. Həmçinin, əraziyə cəlb olunmuş xilasedicilər müvafiq təhlükəsizlik tədbirlərinin görülməsini təmin etmiş və hüquq mühafizə orqanlarının və digər aidiyyəti qurumların əməkdaşları ilə birgə bina sakinlərinin təhlükəsiz məsafəyə uzaqlaşdırılmasını həyata keçirmişlər. Yanğın saat 18:40-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür. Yanğın yerinin kəşfiyyatı zamanı 1950-ci il təvəllüdlü Cəfərov Rəhman Qulam oğlunun cəsədi aşkarlanmışdır. Əməliyyat saat 19:51-də başa çatmışdır. İlkin ehtimala görə, hadisəyə maye qaz balonunda baş vermiş sızma səbəb olmuşdur. Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən araşdırma aparılır.