Geri

04 Fevral 2011-ci il, saat 09:00-dək

Ucar rayonu, Çiyni kəndində (rayon mərkəzindən 19km aralı) vətəndaşa məxsus ümumi sahəsi 88kv.m olan tövlənin çardağının yanar konstruksiyaları 6kv.m sahədə və oraya yığılmış 50kq ot bağlaması yanmışdır. Yanğın saat 10:25-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Yevlax rayonu, Bəydilli kəndində ümumi sahəsi 182kv.m olan birmərtəbəli 3 otaq və aynabənddən ibarət fərdi evin yanar konstruksiyaları 84kv.m sahədə yanmışdır. Yanğın saat 13:48-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Abşeron rayonunda "VAZ" markalı minik avtomobilinin yanar hissələri yanmışdır. Yaxınlıqdakı tikililər yanğınsöndürənlər tərəfindən yanğından mühafizə olunmuşdur. Yanğın saat 19:37-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Göyçay rayonu, Potu Şıxlı kəndində (rayon mərkəzindən 6km aralı) ümumi sahəsi 380kv.m olan birmərtəbəli 5 otaqlı fərdi evdə tavanın yanar konstruksiyaları 8kv.m sahədə yanmışdır. Yanğın saat 21:07-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Bakı şəhəri, Səbail rayonunda beşmərtəbəli yaşayış binasının sonuncu mərtəbəsində vətəndaşa məxsus ümumi sahəsi 90kv.m olan birmərtəbəli 3 otaqlı mənzilin dam örtüyünün yanar konstruksiyaları yanmışdır. Yanğın saat 01:37-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Göyçay rayonu, Mallı Şıxlı kəndində (rayon mərkəzindən 10km aralı) vətəndaşa məxsus ümumi sahəsi 195kv.m olan tövlənin çardağının yanar konstruksiyaları 35kv.m sahədə və həmin tövlənin içərisinə yığılmış 8 ton ot bağlaması yanmışdır. Yanğın saat 02:00-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Neftçala rayonunda Salyan-Neftçala avtomobil yolunun 36-cı kilometrliyində "PAZ" markalı avtobus və "Mercedes" markalı minik avtomobili toqquşmuşdur. Nəticədə, hər iki nəqliyyat vasitəsi deformasiyaya uğramış, avtobusun sürücüsü və hadisə zamanı minik avtomobilində olan 4 nəfərdən ikisi yaralanmış, digər iki nəfər 1971-ci il təvəllüdlü Şahmar Tapdıq oğlu Piriyev və 1982-ci il təvəllüdlü Dinar Adil oğlu Eyvazov isə həlak olmuşdur. Yaralılar xəstəxanaya aparılmışdır. Hadisə yerinə cəlb olunmuş xilasedicilər xüsusi alət və avadanlıqlar vasitəsilə avtomobildə sıxılmış vəziyyətdə qalmış Ş.Piriyevin cəsədini çıxarmış və aidiyyəti üzrə təhvil vermiş, həmçinin, ərazidə müvafiq təhlükəsizlik tədbirləri görmüşlər. Əməliyyat saat 08:19-da başa çatmışdır;

Bakı şəhəri, Səbail rayonunda Mədəniyyət və Turizm Nazirliyinə məxsus Musiqili Komediya Teatrının yerləşdiyi hazırda təmir işləri aparılan binanın divarlarına xaricdən quraşdırılmış taxta ayaqlıqlar 300kv.m sahədə yanmışdır. Hədisə yerinə cəlb olunmuş yanğınsöndürənlər teatr binasını yanğından mühafizə etmişlər. Yanğın saat 08:44-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.