Geri

03 Fevral 2011-ci il, saat 09:00-dək

Sumqayıt şəhərində yaşayış binasının liftində 1 nəfərin köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olmuşdur. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olmuşdur ki, lift texniki nasazlıq səbəbindən 1-ci mərtəbədə dayanmışdır. Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə liftin qapılarını açmış və zərərçəkmişin liftdən çıxmasına şərait yaratmışlar. Əməliyyat saat 21:06-da başa çatmışdır;

Sumqayıt şəhərində yaşayış binasının liftində 4 nəfərin köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olmuşdur. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olmuşdur ki, lift texniki nasazlıq səbəbindən 1-ci mərtəbədə dayanmışdır. Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə liftin qapılarını açmış və zərərçəkmişlərin liftdən çıxmasına şərait yaratmışlar. Əməliyyat saat 21:15-də başa çatmışdır;

Lənkəran şəhərində ümumi sahəsi 200kv.m olan ikimərtəbəli 4 otaqlı fərdi evin ikinci mərtəbəsində 1 otağın yanar konstruksiyaları və əşyalar 20kv.m sahədə yanmışdır. Yanğın saat 00:30-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Bakı şəhəri, Nərimanov rayonunda ümumi sahəsi 35kv.m olan birmərtəbəli 2 otaqlı fərdi evin dam örtüyünün yanar konstruksiyaları yanmışdır. Yanğın saat 01:22-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.