Bakı şəhəri, Nizami rayonunda "Hyundai" və "Lexus" markalı 2 minik avtomobili toqquşmuşdur. Nəticədə, hər iki nəqliyyat vasitəsi deformasiyaya uğramış, hadisə zamanı həmin avtomobillərdə olan insanlar yaralanmışdır. Yaralılar xəstəxanaya aparılmışdır. Hadisə yerinə cəlb edilmiş xilasedicilər ərazidə müvafiq təhlükəsizlik tədbirləri görmüşlər. Əməliyyat saat 09:11-də başa çatmışdır;
Milli Elmlər Akademiyasının Respublika Seysmoloji Xidmət Mərkəzindən daxil olmuş məlumata əsasən, 28 fevral 2011-ci il tarixində saat 14:54-də Qəbələ şəhərindən 17 km cənub-qərbdə 12 ballıq cədvəl üzrə episentrdə 4,0 bal gücündə zəlzələ baş vermişdir. Zəlzələ Qəbələ və Ağdaş rayonlarında 3,5, Şəki rayonunda 3,0, İsmayıllı, Oğuz və Şamaxı rayonlarında 2,5, Göyçay rayonunda isə 2,0 bal gücündə hiss olunmuşdur. İnsan tələfatı və dağıntı haqqında məlumat daxil olmamışdır.
Bakı şəhəri, Nəsimi rayonunda vətəndaşa məxsus "BMW" markalı minik avtomobilinin yanar hissələri yanmışdır. Yaxınlıqdakı avtomobillər yanğınsöndürənlər tərəfindən yanğından mühafizə olunmuşdur. Yanğın saat 19:57-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;
Şabran rayonu, Ağalıq kəndində (rayon mərkəzindən 17 km aralı) vətəndaşa məxsus həyətyanı sahədə 2 ton ot bağlaması yanmışdır. Yanğın saat 21:55-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;
Gəncə şəhəri, Kəpəz rayonunda vətəndaşa məxsus ümumi sahəsi 40 kv.m olan 2 otaqlı mənzildə yataq dəsti qismən yanmış, hadisə zamanı evdə olan 1 nəfər yanıq xəsarətləri almışdır. Yaralı xəstəxanaya aparılmışdır. Yanğın saat 22:46-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür. İlkin ehtimala görə, yanğın qaz balonunun alışması nəticəsində baş vermişdir;
Bakı şəhəri, Qaradağ rayonunda yataqxana binasında vətəndaşa məxsus ümumi sahəsi 50 kv.m olan 2 otaqlı mənzilin yanar konstruksiyaları və əşyaları 35 kv.m sahədə yanmışdır. Yanğın saat 00:08-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;
Qusar rayonu, Həzrə kəndində (rayon mərkəzindən 37 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 25 kv.m olan qarajın yanar konstruksiyaları, hadisə zamanı qarajda olan "VAZ" markalı minik avtomobilinin yanar hissələri və həmin qaraja bitişik tikilmiş fərdi evin yanar konstruksiyaları 37 kv.m sahədə yanmışdır. Yanğın saat 07:30-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.