Saatlı rayonu, Mustafabəyli kəndində (rayon mərkəzindən 8 km aralı) "VAZ" markalı minik avtomobilinin yanar hissələri yanmışdır. Yanğın saat 14:10-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;
Kür çayının Kürdəmir rayonu, Carlı kəndi ərazisindən keçən hissəsində batdığı ehtimal edilən 2 nəfərin axtarışlarına Fövqəladə Hallar Nazirliyinin dalğıc-xilasediciləri tərəfindən başlanılmışdır;
Bakı şəhəri, Xətai rayonunda doqquzmərtəbəli yaşayış binasının liftində 2 nəfərin köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olmuşdur. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olmuşdur ki, lift texniki nasazlıq səbəbindən sonuncu mərtəbədə dayanmışdır. Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə liftin qapılarını açmış və zərərçəkmişlərin liftdən çıxmasına şərait yaratmışlar. Əməliyyat saat 23:53-də başa çatmışdır.