Geri

26 Fevral 2011-ci il, saat 09:00-dək

Bakı şəhəri, Xətai rayonunda doqquzmərtəbəli yaşayış binasının liftində 1 nəfərin köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olmuşdur. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olmuşdur ki, lift texniki nasazlıq səbəbindən 7-ci mərtəbədə dayanmışdır. Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə liftin qapılarını açmış və zərərçəkmişin liftdən çıxmasına şərait yaratmışlar. Əməliyyat saat 10:12-də başa çatmışdır;

Ağsu rayonu, Bənəcək kəndində (rayon mərkəzindən 9 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 273 kv.m olan talvarın yanar konstruksiyaları 91 kv.m sahədə və həmin talvarın altına yığılmış 4 ton ot bağlaması yanmışdır. Yanğın saat 11:45-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Bakı şəhəri, Nəsimi rayonunda giriş qapısının təsadüfən kilidlənməsi nəticəsində 1 azyaşlı uşaq mənzildə köməksiz vəziyyətdə qalmışdır. Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə doqquzmərtəbəli yaşayış binasının 8-ci mərtəbəsindən enərək 7-ci mərtəbədə yerləşən həmin mənzilə eyvandan daxil olmuş və giriş qapısını açmışlar. Mənzildə gərgin psixoloji vəziyyətdə aşkarlanmış uşaq xilasedicilər tərəfindən aidiyyəti üzrə təhvil verilmişdir. Əməliyyat saat 15:00-da başa çatmışdır;

Son günlər yağan yağışlar nəticəsində Cəlilabad şəhəri Cavadxan küçəsi yaxınlığından keçən kanalda su daşmışdır. Nəticədə, həmin ərazidə yerləşən bir neçə fərdi yaşayış evinin zirzəmiləri və həyətyanı sahələri su ilə dolmuşdur. Hadisə yerinə cəlb olunmuş xilasedicilər xüsusi texnika vasitəsilə həmin ərazilərdən suyu çəkmiş, suyun həyətlərə axınının qarşısını almış, həmçinin, 1 yaşlı kişiyə və 2 azyaşlı uşağa müvafiq köməklik göstərmişlər. Əməliyyat saat 17:07-də başa çatmışdır;

Bakı şəhəri, Yasamal rayonunda doqquzmərtəbəli yaşayış binasının liftində 4 nəfərin köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olmuşdur. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olmuşdur ki, lift texniki nasazlıq səbəbindən 1-ci mərtəbədə dayanmışdır. Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə liftin qapılarını açmış və zərərçəkmişlərin liftdən çıxmasına şərait yaratmışlar. Əməliyyat saat 20:23-də başa çatmışdır;

Gəncə şəhəri, Nizami rayonunda vətəndaşa məxsus bir-birinə bitişik tikilmiş hər birinin ümumi sahəsi 25 kv.m olan 2 və digər vətəndaşa məxsus ümumi sahəsi 25 kv.m olan 1 ərzaq malları mağazalarının yanar konstruksiyaları yanmışdır. Hadisə yerinə cəlb olunmuş yanğınsöndürənlər həmin mağazalara bitişik olan digər mağazaları və evləri yanğından mühafizə etmişlər. Yanğın saat 21:45-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Bakı şəhəri, Səbail rayonunda mənzildə bağlı qapı arxasında 1 nəfərin köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olmuşdur. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olmuşdur ki, həmin şəxs giriş qapısının dəfələrlə döyülməsinə reaksiya vermir. Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə doqquzmərtəbəli yaşayış binasının 7-ci mərtəbəsində yerləşən həmin mənzilin qapısını bayır tərəfdən açmışlar. Mənzilə baxış keçirilərkən vətəndaş yatmış vəziyyətdə aşkarlanmışdır. Əməliyyat saat 00:17-də başa çatmışdır;

Bakı şəhəri, Nərimanov rayonunda ümumi sahəsi 33 kv.m olan birmərtəbəli 2 otaqlı fərdi evin yanar konstruksiyaları 22 kv.m sahədə yanmışdır. Yanğın saat 02:49-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.