Geri

25 Fevral 2011-ci il, saat 14:50-dək

Ağsu rayonu, Bənəcək kəndində (rayon mərkəzindən 9 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 273 kv.m olan talvarın yanar konstruksiyaları 91 kv.m sahədə və həmin talvarın altına yığılmış 4 ton ot bağlaması yanmışdır. Yanğın saat 11:45-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.
Geri

25 Fevral 2011-ci il, saat 09:00-dək

Bakı şəhəri, Xəzər rayonunda ümumi sahəsi 100 kv.m olan birmərtəbəli 3 otaqlı fərdi evin mətbəxində tavanın yanar konstruksiyaları 12 kv.m sahədə yanmışdır. Yanğın saat 10:15-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Bakı şəhəri, Sabunçu rayonunda ümumi sahəsi 110 kv.m olan birmərtəbəli 3 otaqlı fərdi evin yanar konstruksiyaları yanmışdır. Hadisə yerinə cəlb olunmuş yanğınsöndürənlər yaxınlıqdakı evləri yanğından mühafizə etmişlər. Yanğın saat 15:00-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Quba rayonu, İkinci Nügədi kəndində (rayon mərkəzindən 12 km aralı) vətəndaşa məxsus şadlıq evinin ərazisində ümumi sahəsi 18 kv.m olan köşkün yanar konstruksiyaları yanmışdır. Şadlıq evi yanğınsöndürənlər tərəfindən yanğından mühafizə olunmuşdur. Yanğın saat 20:50-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Bakı şəhəri, Nizami rayonunda yaşlı qadının mənzildə köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olmuşdur. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olmuşdur ki, həmin şəxs giriş qapısının dəfələrlə döyülməsinə və telefon zənglərinə reaksiya vermir. Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə beşmərtəbəli yaşayış binasının 2-ci mərtəbəsində yerləşən həmin mənzilin giriş qapısını bayır tərəfdən açmışlar. Mənzildə xəstə vəziyyətdə aşkarlanmış vətəndaş xilasedicilər tərəfindən aidiyyəti üzrə təhvil verilmişdir. Əməliyyat saat 22:21-də başa çatmışdır;

Bərdə rayonu, Alaçadırlı kəndində (rayon mərkəzindən 6 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 64 kv.m olan tövlənin dam örtüyünün yanar konstruksiyaları yanmışdır. Yanğın saat 03:00-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.