Geri

24 Fevral 2011-ci il, saat 09:00-dək

Bakı şəhəri, Binəqədi rayonunda "KAMAZ" markalı yük avtomobilinin qoşqusuna yığılmış dəmir tullantıları 5 kv.m sahədə yanmışdır. Yanğın saat 18:30-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Sumqayıt şəhərində giriş qapısının təsadüfən kilidlənməsi nəticəsində 2 azyaşlı uşaq mənzildə köməksiz vəziyyətdə qalmışdır. Hadisə yerinə cəlb edilmiş xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə dördmərtəbəli yaşayış binasının 3-cü mərtəbəsində yerləşən həmin mənzilə qalxaraq pəncərədən daxil olmuş və giriş qapısını açmışlar. Mənzildə gərgin psixoloji vəziyyətdə aşkarlanmış uşaqlar xilasedicilər tərəfindən aidiyyəti üzrə təhvil verilmişdir. Əməliyyat saat 19:56-da başa çatmışdır;

Bakı şəhəri, Nərimanov rayonunda onyeddimərtəbəli yaşayış binasının pilləkən qəfəsində elektrik qutusu yanmışdır. Yaxınlıqdakı mənzillər yanğınsöndürənlər tərəfindən yanğından mühafizə olunmuşdur. Yanğın saat 21:00-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Bakı şəhəri, Qaradağ rayonunda "Lada" markalı minik avtomobili sürücünün idarəetməsindən çıxaraq yol kənarındakı səkiyə çırpılmışdır. Nəticədə, nəqliyyat vasitəsi deformasiyaya uğramış, sürücü Mahir Bəylərov həlak olmuş, sərnişin isə yaralanmışdır. Yaralı xəstəxanaya aparılmışdır. Xilasedicilər xüsusi alət və avadanlıqlar vasitəsilə deformasiyaya uğramış nəqliyyat vasitəsində sıxılmış vəziyyətdə qalmış M.Bayramovun cəsədini avtomobildən çıxarmış və aidiyyəti üzrə təhvil vermiş, həmçinin, ərazidə müvafiq təhlükəsizlik tədbirləri görmüşlər. Əməliyyat saat 21:13-də başa çatmışdır;

Bakı şəhəri, Nəsimi rayonunda ayrı-ayrı vətəndaşlara məxsus ümumi sahəsi 88 kv.m olan 4 otaqlı mənzilin yanar konstruksiyaları 2 kv.m sahədə və ona bitişik ümumi sahəsi 86 kv.m olan 3 otaqlı mənzilin yanar konstruksiyaları 5 kv.m sahədə yanmışdır. Yanğın saat 00:10-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür. İlkin ehtimala görə, yanğından divar sobasının həddən artıq qızması səbəb olmuşdur;

Bakı şəhəri, Sabunçu rayonunda vətəndaşa məxsus ümumi sahəsi 200 kv.m olan tövlənin yanar konstruksiyaları 80 kv.m sahədə və həmin tövlənin damına yığılmış 1 ton ot bağlaması yanmış, hadisə zamanı tövlədə olan 7 baş iribuynuzlu və 8 baş xırdabuynuzlu heyvan, həmçinin, 50 ev quşu tüstüdən boğularaq tələf olmuşdur.  Yanğın saat 04:00-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.