Geri

23 Fevral 2011-ci il, saat 17:30-dək

Sumqayıt şəhərində mənzildə bağlı qapı arxasında 1 nəfərin köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olmuşdur. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olmuşdur ki, həmin şəxs giriş qapısının dəfələrlə döyülməsinə reaksiya vermir. Xilasedicilər beşmərtəbəli yaşayış binasının damından enərək sonuncu mərtəbədə yerləşən həmin mənzilə eyvandan daxil olmuşlar. Mənzilə baxış keçirilərkən orada heç kimin olmadığı və kəskin qaz iyinin hiss olunduğu müəyyən edilmişdir. Xilasedicilər dərhal mənzildə müvafiq təhlükəsizlik tədbirləri görmüş və giriş qapısını açmışlar. Əməliyyat saat 11:49-da başa çatmışdır.
Geri

23 Fevral 2011-ci il, saat 09:00-dək

Bakı şəhəri, Nizami rayonunda ümumi sahəsi 1620 kv.m olan uçmərtəbəli mebel sexində mebel məmulatları və avadanlıqlar 300 kv.m sahədə yanmışdır. Binanın qalan hissəsi yanğınsöndürənlər tərəfindən yanğından mühafizə olunmuşdur. Yanğın saat 13:40-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Bakı şəhəri, Yasamal rayonunda giriş qapısının kilidinin sınması nəticəsində 2 nəfər mənzildə köməksiz vəziyyətdə qalmışdır. Hadisə yerinə cəlb edilmiş xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə beşmərtəbəli yaşayış binasının 3-cü mərtəbəsində yerləşən həmin mənzilin qapısını bayır tərəfdən açmışlar. Bununla da vətəndaşlara xilasedicilər tərəfindən müvafiq köməklik göstərilmişdir. Əməliyyat saat 20:35-də başa çatmışdır;

Şamaxı rayonu, Hacıqədirli kəndində (rayon mərkəzindən 45 km aralı) Hacıqədirli Kənd İcra nümayəndəliyinin yerləşdiyi ümumi sahəsi 136 kv.m olan ikimərtəbəli inzibati binanın yanar konstruksiyaları yanmışdır. Hadisə yerinə cəlb edilmiş yanğınsöndürənlər həmin binaya bitişik tikilmiş poçt binasını yanğından mühafizə etmişlər. Yanğın saat 23:28-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Abşeron rayonunda (rayon mərkəzindən 19 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 60 kv.m olan metal qəbulu məntəqəsinin yanar konstruksiyaları yanmışdır. Hadisə yerinə cəlb olunmuş yanğınsöndürənlər yaxınlıqdakı yanacaqdoldurma məntəqəsini yanğından mühafizə etmişlər. Yanğın saat 04:25-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Neftçala rayonunda ümumi sahəsi 121 kv.m olan birmərtəbəli 3 otaqlı fərdi evin yanar konstruksiyaları 23 kv.m sahədə yanmışdır. Yanğın saat 07:07-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Şəmkir rayonu, Çinarlı qəsəbəsində (rayon məntəqəsindən 9 km aralı) ümumi sahəsi 288 kv.m olan ikimərtəbəli 8 otaqlı fərdi evin yanar konstruksiyaları və əşyalar 144 kv.m sahədə yanmışdır. Yanğın saat 08:59-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.