Geri

22 Fevral 2011-ci il, saat 16:50-dək

Bakı şəhəri, Xəzər rayonunda vətəndaşa məxsus ümumi sahəsi 120 kv.m olan birmərtəbəli 3 otaqlı fərdi evin dam örtüyünün yanar konstruksiyaları 120 kv.m sahədə, mətbəxin yanar konstruksiyaları 12 kv.m sahədə yanmışdır. Evin qalan hissəsi yanğınsöndürənlər tərəfindən yanğından mühafizə olunmuşdur. Yanğın saat 10:27-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Bakı şəhəri, Binəqədi rayonunda "TOFAŞ" markalı minik avtomobilinin mühərrik hissəsi və salonu yanmışdır. Yanğın saat 11:36-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Bakı şəhəri, Nizami rayonunda ümumi sahəsi 1620 kv.m olan üçmərtəbəli yumşaq mebel hazırlanan sexin rəngləmə sahəsində mebel məmulatları və avadanlıqları 300 kv.m sahədə yanmışdır. Binanın qalan hissəsi yanğınsöndürənlər tərəfindən yanğından mühafizə olunmuşdur. Yanğın saat 13:30-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.

Geri

22 Fevral 2011-ci il, saat 09:00-dək

Bakı şəhəri, Xəzər rayonunda doqquzmərtəbəli yaşayış binasının liftində 3 nəfərin köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olmuşdur. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olmuşdur ki, lift texniki nasazlıq səbəbindən 3-cü mərtəbədə dayanmışdır. Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə liftin qapılarını açmış və zərərçəkmişlərin liftdən çıxmasını təmin etmişlər. Əməliyyat saat 17:09-da başa çatmışdır;

Biləsuvar rayonu, Aşağı Cürəli kəndində (rayon mərkəzindən 7 km aralı) ümumi sahəsi 266 kv.m olan ikimərtəbəli 8 otaqlı fərdi evin 1 otağında əşyalar 8 kv.m sahədə yanmışdır. Yanğın saat 17:47-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Ağsu rayonu, Hinqar kəndində (rayon mərkəzindən 19 km aralı) ümumi sahəsi 63 kv.m olan birmərtəbəli 3 otaqlı fərdi evin yanar konstruksiyaları 56 kv.m sahədə və əşyaları qismən yanmışdır. Yanğın saat 18:59-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.