Geri

22 Fevral 2011-ci il, saat 09:00-dək

Bakı şəhəri, Xəzər rayonunda doqquzmərtəbəli yaşayış binasının liftində 3 nəfərin köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olmuşdur. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olmuşdur ki, lift texniki nasazlıq səbəbindən 3-cü mərtəbədə dayanmışdır. Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə liftin qapılarını açmış və zərərçəkmişlərin liftdən çıxmasını təmin etmişlər. Əməliyyat saat 17:09-da başa çatmışdır;

Biləsuvar rayonu, Aşağı Cürəli kəndində (rayon mərkəzindən 7 km aralı) ümumi sahəsi 266 kv.m olan ikimərtəbəli 8 otaqlı fərdi evin 1 otağında əşyalar 8 kv.m sahədə yanmışdır. Yanğın saat 17:47-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Ağsu rayonu, Hinqar kəndində (rayon mərkəzindən 19 km aralı) ümumi sahəsi 63 kv.m olan birmərtəbəli 3 otaqlı fərdi evin yanar konstruksiyaları 56 kv.m sahədə və əşyaları qismən yanmışdır. Yanğın saat 18:59-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.