Geri

20 Fevral 2011-ci il, saat 09:00-dək

Bakı şəhəri, Binəqədi rayonunda yaşlı qadının mənzildə köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olmuşdur. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olmuşdur ki, həmin şəxs mənzilin qapısının dəfələrlə döyülməsinə və telefon zənglərinə reaksiya vermir. Xilasedicilər xüsusi alət və avadanlıqlar vasitəsilə fərdi evin 1-ci mərtəbəsində yerləşən həmin evə pəncərədən daxil olmuş və giriş qapısını açmışlar. Mənzilə baxış keçirilərkən 1926-cı il təvəllüdlü Nina Petrovna Avdiyeva döşəmədə hərəkətsiz vəziyyətdə aşkarlanmışdır. Hadisə yerinə çağırılmış Təcili Tibbi Yardım Stansiyasının həkimləri tərəfindən keçirilmiş ilkin tibbi müayinə nəticəsində N.Avdiyevanın vəfat etdiyi məlum olmuşdur. Əməliyyat saat 10:10-da başa çatmışdır;

Bakı şəhəri, Qaradağ rayonunda "Qobustan" Kəşfiyyat Qazma İşləri İdarəsinə məxsus 40 kub.m-lik yeraltı məhlul hazırlanan çənin üzərinə dağılmış 40 kv.m sahədə mazutluq və məhlul vuran kompressor yanmışdır. Ətrafdakı quyu və kompressor yanğınsöndürənlər tərəfindən yanğından mühafizə olunmuşdur. Yanğın saat 12:19-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Bakı şəhəri, Nəsimi rayonunda doqquzmərtəbəli yaşayış binasının 8-ci mərtəbəsinin pilləkən qəfəsində 4 ədəd elektrik sayğacı yanmışdır. Yaxınlıqdakı mənzillər yanğınsöndürənlər tərəfindən yanğından  mühafizə olunmuşdur. Yanğın saat 13:27-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Bakı şəhəri, Nəsimi rayonunda vətəndaşa məxsus ümumi sahəsi 25 kv.m olan birmərtəbəli 1 otaqlı fərdi evin yanar konstruksiyaları yanmış, hadisə zamanı evdə olan 1 nəfər xəsarət almışdır. Yaralı xəstəxanaya aparılmışdır. Hadisə yerinə cəlb olunmuş yanğınsöndürənlər yaxınlıqdakı evləri yanğından mühafizə etmişlər. Yanğın saat 18:53-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür. Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən araşdırma aparılır;

Bakı şəhəri, Sabunçu rayonunda ümumi sahəsi 20 kv.m olan taxta konstruksiyalardan ibarət köməkçi tikili yanmışdır. Yaxınlıqdakı tikililər yanğınsöndürənlər tərəfindən yanğından mühafizə olunmuşdur. Yanğın saat 20:00-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Sumqayıt şəhərində  "VAZ" markalı minik avtomobili ilə "QAZEL" markalı yük avtomobili toqquşmuşdur. Nəticədə, hər iki nəqliyyat vasitəsi deformasiyaya uğramış, avtomobillərin sürücüləri isə xəsarət almışdır. Yaralılar xəstəxanaya aparılmışdır. Hadisə yerinə cəlb olunmuş xilasedicilər ərazidə müvafiq təhlükəsizlik tədbirlərinin görülməsini təmin etmişlər. Əməliyyat saat 21:25-də başa çatmışdır;

Bakı şəhəri, Yasamal rayonunda bir nəfərin mənzildə köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olmuşdur. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olmuşdur ki, həmin şəxs mənzilin qapısının dəfələrlə döyülməsinə və telefon zənglərinə reaksiya vermir. Xilasedicilər xüsusi alət və avadanlıqlar vasitəsilə  üçmərtəbəli yaşayış binasının 1-ci mərtəbəsində yerləşən həmin mənzilə pəncərədən daxil olmuş və giriş qapısını açmışlar. Mənzilə baxış keçirilərkən 1978-cı il təvəllüdlü Samir Abdulrəhman oğlu Əlibəyov vanna otağında hərəkətsiz vəziyyətdə aşkarlanmışdır. Hadisə yerinə çağırılmış Təcili Tibbi Yardım Stansiyasının həkimləri tərəfindən keçirilmiş ilkin tibbi müayinə nəticəsində S.Əlibəyovun vəfat etdiyi məlum olmuşdur. Əməliyyat saat 22:25-də başa çatmışdır;

Bakı şəhəri, Xətai rayonunda "MITSUBISHI" markalı minik avtomobili sürücünün idarəetməsindən çıxaraq yol kənarındakı işıq dirəyinə çırpılmışdır. Nəticədə, nəqliyyat vasitəsi deformasiyaya uğramış, avtomobilin sürücüsü yaralanmışdır. Yaralı xəstəxanaya aparılmışdır. Hadisə yerinə cəlb olunmuş xilasedicilər ərazidə müvafiq təhlükəsizlik tədbirləri görmüşlər. Əməliyyat saat 01:54-də başa çatmışdır;

Şəki rayonu, Şorsu kəndində (rayon mərkəzindən 40 km aralı) kənd bələdiyyəsinə məxsus ümumi sahəsi 143 kv.m olan istifadəsiz tikilinin çardağı 50 kv.m  sahədə yanmışdır. Tikilinin qalan hissəsi yanğınsöndürənlər tərəfindən yanğından  mühafizə olunmuşdur. Yanğın saat 04:15-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.