Geri

02 Fevral 2011-ci il, saat 09:00-dək

2 fevral 2011-ci il tarixində Bakı vaxtilə gecə saat 3 radələrində güclü küləyin əsməsi nəticəsində Dövlət Bayraq Meydanında texniki xidmətlər tərəfindən bayraq dirəyində titrəmə halları müəyyən edilmişdir. Mütəxəssislər tərəfindən dərhal zəruri, təxirəsalınmaz təhlükəsizlik və profilaktik tədbirlər həyata keçirilmişdir. Görülmüş tədbirlər nəticəsində səhər saat 6:30 radələrində dirəyin titrəyişləri nizamlanmışdır.

Bakı şəhəri, Binəqədi rayonunda ümumi sahəsi 110kv.m olan birmərtəbəli 3 otaqlı fərdi evin dam örtüyünün yanar konstruksiyaları 60kv.m sahədə yanmışdır. Yanğın saat 11:27-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Bakı şəhəri, Nərimanov rayonunda doqquzmərtəbəli yaşayış binasının liftində 2 nəfərin köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olmuşdur. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olmuşdur ki, lift texniki nasazlıq səbəbindən 2-ci və 3-cü mərtəbələr arasında dayanmışdır. Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə lifti 4-cü mərtəbəyə qaldırmış və zərərçəkmişlərin liftdən çıxmasına şərait yaratmışlar. Əməliyyat saat 18:00-da başa çatmışdır.