Geri

19 Fevral 2011-ci il, saat 09:00-dək

Bakı şəhəri, Nəsimi rayonunda partlayıcı qurğu ehtimal olunan bağlamanın aşkarlanması barədə məlumat daxil olmuşdur. Dərhal Nazirliyin xilasediciləri müvafiq işlərin görülməsi üçün hadisə yerinə cəlb edilmiş, aidiyyəti qurumlar məlumatlandırılmışdır. Xilasedicilər ərazidə müvafiq təhlükəsizlik tədbirləri görmüş və hüquq-mühafizə orqanlarının əməkdaşları ilə birlikdə bağlamaya baxış keçirmişlər. Nəticədə, həmin bağlamada partlayıcı qurğu aşkarlanmamışdır. Nazirliyin mütəxəssisləri tərəfindən əraziyə əlavə baxış keçirilmişdir. Əməliyyat saat 18:06-da başa çatmışdır;

Sumqayıt şəhərində Bakı-Quba avtomobil yolunun 29-cu kilometrliyində "Mercedes" markalı mikroavtobus və "VAZ" markalı minik avtomobili toqquşmuşdur. Nəticədə, hər iki nəqliyyat vasitəsi deformasiyaya uğramış, hadisə zamanı minik avtomobilində olan 3 nəfər yaralanmışdır. Xilasedicilər yaralılara hadisə yerində ilkin tibbi yardım göstərmiş və aidiyyəti üzrə təhvil vermiş, həmçinin, ərazidə müvafiq təhlükəsizlik tədbirləri görmüşlər. Əməliyyat saat 18:51-də başa çatmışdır;

Bakı şəhəri, Xətai rayonunda giriş qapısının kilidinin sınması nəticəsində 1 nəfər mənzildə köməksiz vəziyyətdə qalmışdır. Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə onüçmərtəbəli yaşayış binasının 7-ci mərtəbəsində yerləşən həmin mənzilin qapısını bayır tərəfdən açmışlar. Bununla da zərərçəkmişə xilasedicilər tərəfindən müvafiq köməklik göstərilmişdir. Əməliyyat 19:15-də başa çatmışdır;

Tovuz rayonu, Aşağıquşçu kəndində (rayon mərkəzindən 8 km aralı) ümumi sahəsi 140 kv.m olan birmərtəbəli 2 otaq və aynabənddən ibarət fərdi evin yanar konstruksiyaları və əşyaları yanmışdır. Yanğın saat 20:35-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Tovuz rayonu, Böyük Qışlaq kəndində (rayon mərkəzindən 2 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 56 kv.m olan tövlənin damında 1 ton ot bağlaması yanmışdır. Hadisə yerinə cəlb edilmiş yanğınsöndürənlər həmin tövlədə olan 10 baş iribuynuzlu heyvanı yanğından xilas etmişlər. Yanğın saat 21:25-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Saatlı şəhərində tikintisi başa çatmamış ümumi sahəsi 204 kv.m olan 5 otaqlı fərdi evin 2 otağının yanar konstruksiyaları 36 kv.m sahədə yanmışdır. Yanğın saat 23:40-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Bakı şəhəri, Yasamal rayonunda Nina Mixaylovna Şravatskayaya məxsus ümumi sahəsi 20 kv.m olan 1 otaqlı mənzilin yanar konstruksiyaları və əşyalar 15 kv.m sahədə yanmış, hadisə zamanı evdə olan 1 nəfər xəsarət almışdır. Yaralı xəstəxanaya aparılmışdır. Hadisə yerinə cəlb edilmiş yanğınsöndürənlər mənzilin qalan hissəsini yanğından mühafizə etmişlər. Yanğın saat 00:06-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür. Yanğın yerinin kəşfiyyatı zamanı ev sahibi 1927-ci il təvəllüdlü Nina Mixaylovna Şravatskayanın cəsədi aşkarlanmışdır. Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən araşdırma aparılır;

Bakı şəhəri, Suraxanı rayonunda doqquzmərtəbəli yaşayış binasının liftində 2 nəfərin köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olmuşdur. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olmuşdur ki, lift texniki nasazlıq səbəbindən 1-ci və 2-ci mərtəbələr arasında dayanmışdır. Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə lifti 2-ci mərtəbəyə qaldırmış və zərərçəkmişlərin liftdən çıxmasına şərait yaratmışlar. Əməliyyat saat 01:24-də başa çatmışdır;

Saatlı rayonu, Minbaşı qəsəbəsində (rayon mərkəzindən 3 km aralı) vətəndaşa məxsus minik avtomobilinin salonu yanmışdır. Yanğın saat 04:30-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Masallı rayonu, Böyük Xocavənd kəndində (rayon mərkəzindən 6 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 64 kv.m olan dülgər sexinin yanar konstruksiyaları 24 kv.m sahədə yanmışdır. Yanğın saat 04:44-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Zaqatala rayonu, Mamayıx kəndində (rayon mərkəzindən 22 km aralı) Mamayıx Kənd Bələdiyyəsinin yerləşdiyi ümumi sahəsi 135 kv.m olan birmərtəbəli inzibati binada 2 otağın yanar konstruksiyaları 35 kv.m sahədə yanmışdır. Yanğın saat 05:00-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.