Geri

18 Fevral 2011-ci il, saat 09:00-dək

Bakı şəhəri, Yasamal rayonunda doqquzmərtəbəli yaşayış binasının liftində 1 nəfərin köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olmuşdur. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olmuşdur ki, lift texniki nasazlıq səbəbindən 8-ci və 9-cu mərtəbələr arasında dayanmışdır. Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə lifti 8-ci mərtəbəyə endirmiş və zərərçəkmişin liftdən çıxmasına şərait yaratmışlar. Əməliyyat saat 10:25-də başa çatmışdır;

Zaqatala rayonu, Çobançöl kəndində vətəndaşa məxsus ümumi sahəsi 120 kv.m olan köməkçi tikilinin dam örtüyünün yanar konstruksiyaları 10 kv.m sahədə yanmışdır. Yanğın saat 13:00-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Bakı şəhəri, Binəqədi rayonunda mənzildə bağlı qapı arxasında 1 nəfərin köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olmuşdur. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olmuşdur ki, həmin şəxs qapının dəfələrlə döyülməsinə və telefon zənglərinə reaksiya vermir. Xilasedicilər müvafiq xilasetmə alət və avadanlıqlar vasitəsilə doqquzmərtəbəli yaşayış binasının 6-cı mərtəbəsinin eyvanından enərək 5-ci mərtəbədə yerləşən həmin mənzilə eyvandan daxil olmuş və giriş qapısını açmışlar. Mənzilə baxış keçirilərkən vətəndaş yatmış vəziyyətdə aşkarlamışlar. Əməliyyat saat 15:23-də başa çatmışdır;

Bakı şəhəri, Suraxanı rayonunda ümumi sahəsi 30 kv.m olan birmərtəbəli 3 otaqlı fərdi evin yanar konstruksiyaları və əşyaları 20 kv.m sahədə yanmış, hadisə zamanı tikilidə olan 1 nəfər yanıq xəsarətləri almışdır. Yaralı xəstəxanaya aparılmışdır. Yanğın saat 01:15-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Sumqayıt şəhərində giriş qapısının təsadüfən kilidlənməsi nəticəsində 1 nəfərin mənzildə köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olmuşdur. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olmuşdur ki, yataq xəstəsi olan həmin şəxs müstəqil hərəkət edə bilmədiyindən mənzilin qapısını aça bilmir. Xilasedicilər beşmərtəbəli yataqxana binasının 2-ci mərtəbəsində yerləşən həmin mənzilin qapısını bayır tərəfdən açmışlar. Mənzildə nəzarətsiz vəziyyətdə aşkarlanmış həmin şəxs xilasedicilər tərəfindən aidiyyəti üzrə təhvil verilmişdir. Əməliyyat saat 01:39-da başa çatmışdır.