Geri

17 Fevral 2011-ci il, saat 09:00-dək

Bakı şəhəri, Binəqədi rayonunda Slavyan Universitetinə məxsus beşmərtəbəli yataqxana binasının 1-ci mərtəbəsində məcburi köçkünün məskunlaşdığı ümumi sahəsi 24 kv.m olan əlavə tikilinin dam örtüyünün yanar konstruksiyaları 10 kv.m sahədə yanmışdır. Yanğın saat 10:40-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Bakı şəhəri, Nəsimi rayonunda mənzildə bağlı qapı arxasında 1 nəfərin köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olmuşdur. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olmuşdur ki, həmin şəxs giriş qapısının dəfələrlə döyülməsinə və telefon zənglərinə reaksiya vermir. Xilasedicilər xüsusi alət və avadanlıqlar vasitəsilə üçmərtəbəli yaşayış binasının 2-ci mərtəbəsində yerləşən həmin mənzilin qapısını bayır tərəfdən açmışlar. Mənzilə baxış keçirilərkən orada heç kimin olmadığı məlum olmuşdur. Əməliyyat saat 16:15-də başa çatmışdır;

Lənkəran rayonu, Veravul kəndində "Mercedes" markalı minik avtomobili sürücünün idarəetməsindən çıxaraq su kanalına düşmüşdür. Nəticədə, nəqliyyat vasitəsi deformasiyaya uğramış, sürücü Əlyar Məmmədov həlak olmuş, 1 sərnişin isə yaralanmışdır. Hadisə yerinə cəlb olunmuş xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə yaralını və Ə.Məmmədovun cəsədini avtomobildən çıxarmış və aidiyyəti üzrə təhvil vermiş, həmçinin, xüsusi texnika vasitəsilə avtomobili kanaldan çıxarmış və aidiyyəti üzrə təhvil vermişlər. Əməliyyat saat 16:40-da başa çatmışdır;

Astara rayonu, Ərçivan kəndində (rayon mərkəzindən 10 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 40 kv.m olan taxta konstruksiyalardan ibarət birmərtəbəli 2 otaqlı köməkçi tikilinin yanar konstruksiyaları yanmışdır. Yaxınlıqdakı ev yanğınsöndürənlər tərəfindən yanğından mühafizə olunmuşdur. Yanğın saat 21:00-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Əli elektrik ət maşınında sıxılmış vəziyyətdə qalmış azyaşlı uşaq valideynləri tərəfindən Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin postlarından birinə gətirilmişdir. Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə ət maşınının detallarını kəsmiş və uşağın əlini ət maşınından çıxarmışlar. Uşaq xilasedicilər tərəfindən Təcili Tibbi Yardım Stansiyasının həkimlərinə təhvil verilmişdir. Əməliyyat saat 21:15-də başa çatmışdır;

Gəncə şəhəri, Kəpəz rayonunda Təhsil Nazirliyinə məxsus ümumi sahəsi 3000 kv.m olan üçmərtəbəli orta məktəb binasının 2-ci mərtəbəsində 1 sinif otağının yanar konstruksiyaları 35 kv.m sahədə yanmışdır. Məktəb binasının qalan hissəsi yanğınsöndürənlər tərəfindən yanğından mühafizə olunmuşdur. Yanğın saat 21:54-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Bakı şəhəri, Yasamal rayonunda mənzildə bağlı qapı arxasında uşağın köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olmuşdur. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olmuşdur ki, həmin şəxs giriş qapısının dəfələrlə döyülməsinə və telefon zənglərinə reaksiya vermir. Xilasedicilər xüsusi texnika vasitəsilə qalxaraq beşmərtəbəli yaşayış binasının 3-cü mərtəbəsində yerləşən həmin mənzilə pəncərədən daxil olmuş və giriş qapısını açmışlar. Mənzildə yatmış vəziyyətdə aşkarlanmış uşaq xilasedicilər tərəfindən aidiyyəti üzrə təhvil verilmişdir. Əməliyyat saat 22:14-də başa çatmışdır;

Bakı şəhəri, Sabunçu rayonunda vətəndaşa məxsus ümumi sahəsi 36 kv.m olan 2 otaqlı mənzildə mətbəxin yanar konstruksiyaları 6 kv.m sahədə yanmışdır. Yanğın saat 22:58-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Kürdəmir şəhərində vətəndaşa məxsus ümumi sahəsi 230 kv.m olan yeməkxananın yanar konstruksiyaları 130 kv.m sahədə yanmışdır. Yanğın saat 00:03-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Goranboy şəhərində ümumi sahəsi 84 kv.m olan birmərtəbəli 4 otaqlı fərdi evin 1 otağının yanar konstruksiyaları 24 kv.m sahədə yanmışdır. Yanğın saat 00:45-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Bakı şəhəri, Xətai rayonunda ümumi sahəsi 103 kv.m olan 3 otaqlı fərdi evin eyvanında su qızdırıcısı yanmışdır. Yanğın saat 01:55-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Zaqatala rayonu, Kəpənəkçi kəndində vətəndaşa məxsus ümumi sahəsi 63 kv.m olan tövlənin çardağının yanar konstruksiyaları və həmin tövlənin çardağına yığılmış 1 ton ot bağlaması yanmışdır. Yanğın saat 05:40-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.