Geri

16 Fevral 2011-ci il, saat 17:05-dək

Sumqayıt şəhərində giriş qapısının təsadüfən kilidlənməsi nəticəsində 2 azyaşlı uşaq mənzildə köməksiz vəziyyətdə qalmışdır. Hadisə yerinə cəlb olunmuş xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıq vasitəsilə beşmərtəbəli yaşayış binasının 4-cü mərtəbəsindən enərək 3-cü mərtəbədə yerləşən həmin mənzilə pəncərədən daxil olmuş və giriş qapısını açmışlar. Mənzildə nəzarətsiz vəziyyətdə aşkarlanmış uşaqlar xilasedicilər tərəfindən aidiyyəti üzrə təhvil verilmişdir. Əməliyyat saat 12:15-də başa çatmışdır;

Sumqayıt şəhəri, Hacı Zeynalabdin Tağıyev qəsəbəsində "Moskviç" markalı minik avtomobili sürücünün idarəetməsindən çıxaraq yol kənarındakı dərəyə düşmüşdür. Nəticədə, nəqliyyat vasitəsi deformasiyaya uğramış, hadisə zamanı avtomobildə olan şəxslər yaralanmışlar. Yaralılar xəstəxanaya aparılmışdır. Hadisə yerinə cəlb edilmiş xilasedicilər xüsusi texnika vasitəsilə avtomobili dərədən çıxarmış və aidiyyəti üzrə təhvil vermiş, həmçinin, ərazidə müvafiq təhlükəsizlik tədbirləri görmüşlər. Əməliyyat saat 13:10-da başa çatmışdır.

Geri

16 Fevral 2011-ci il, saat 09:00-dək

Neftçala rayonu, Yuxarı Qaraimanlı kəndində (rayon mərkəzindən 34 km aralı) ümumi sahəsi 20 kv.m olan 1 otaqlı fərdi evin yanar konstruksiyaları və əşyaları yanmışdır. Yaxınlıqdakı tikililər yanğınsöndürənlər tərəfindən yanğından mühafizə olunmuşdur. Yanğın saat 09:10-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Masallı rayonu, Binəxocavar kəndində (rayon mərkəzindən 5 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 35 kv.m olan tövlənin dam örtüyünün yanar konstruksiyaları 18 kv.m sahədə və içərisinə yığılmış 1 ton ot bağlaması yanmışdır. Yanğın saat 14:21-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Bakı şəhəri, Xətai rayonunda vətəndaşa məxsus ümumi sahəsi 110 kv.m olan 2 otaqlı mənzilin dəhlizində elektrik qutusu yanmışdır. Yanğın saat 15:19-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Qobustan rayonu, Nabur kəndində (rayon mərkəzindən 18 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 80 kv.m olan yardımçı tikilinin dam örtüyünün yanar kansturuksiyaları 40 kv.m sahədə və içərisinə yığılmış 2,5 ton ot bağlaması yanmışdır. Yanğın saat 16:30-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Bakı şəhəri, Səbail rayonunda ümumi sahəsi 240 kv.m olan kafenin mətbəxində partlayışla nəticələnən yanğın baş vermişdir. Nəticədə, mətbəxin yanar konstruksiyaları 24 kv.m sahədə yanmış, dam örtüyü, arakəsmə divarları və pəncərə şüşələri dağılmışdır. Həmçinin, hadisə zamanı kafedə olan 3 nəfər müxtəlif dərəcəli yanıq xəsarətləri almışlar. Yaralılar xəstəxanaya aparılmışdır. Yanğın saat 22:14-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür. Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır;

Bakı şəhəri, Suraxanı rayonunda yanğın nəticəsində vətəndaşa məxsus ümumi sahəsi 10 kv.m olan köşkün yanar konstruksiyaları yanmışdır. Yaxınlıqdakı tikililər yanğınsöndürənlər tərəfindən yanğından mühafizə olunmuşdur. Yanğın saat 01:06-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Lerik rayonu, Sors kəndində (rayon mərkəzindən 22 km aralı) ümumi sahəsi 162 kv.m olan birmərtəbəli 3 otaq və aynabənddən ibarət fərdi evin yanar konstruksiyaları və əşyaları yanmışdır. Yaxınlıqdakı tikililər yanğınsöndürənlər yanğından mühafizə olunmuşdur. Yanğın saat 03:00-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Bakı şəhəri, Xətai rayonunda Təhsil Nazirliyinə məxsus uşaq bağçasının həyətyanı sahəsində tikilmiş ümumi sahəsi 30 kv.m olan anbarın yanar konstruksiyaları və içərisindəki istifadəsiz məişət avadanlıqları 25 kv.m sahədə yanmışdır. Yaxınlıqdakı tikililər yanğınsöndürənlər tərəfindən yanğından mühafizə olunmuşdur. Yanğın saat 04:15-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.