Geri

15 Fevral 2011-ci il, saat 09:00-dək

Ağdaş rayonu, Yeniarx kəndində vətəndaşa məxsus ümumi sahəsi 88kv.m olan birmərtəbəli 3 otaqlı fərdi evin döşəməsinin yanar konstruksiyaları 24kv.m. sahədə və zirzəmisinə yığılmış 150 ədəd süpürgə bağlaması yanmışdır. Yanğın saat 12:45-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Şamaxı rayonu, Nağaraxana kəndində (rayon mərkəzindən 18km aralı) vətəndaşa məxsus ümumi sahəsi 150kv.m olan köməkçi tikilinin dam örtüyünün yanar konstruksiyaları 24kv.m sahədə yanmışdır. Yanğın saat 13:20-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Oğuz rayonu, Bucaq kəndində (rayon mərkəzindən 20km aralı) kənd bələdiyyəsinə məxsus ərazidə 0,3ha sahədə kol-kos yanmışdır. Yaxınlıqdakı ağaclar yanğınsöndürənlər tərəfindən yanğından mühafizə olunmuşdur. Yanğın saat 13:21-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Oğuz rayonu, Dəymədələ kəndində kənd bələdiyyəsinə məxsus ərazidə 1ha sahədə kol-kos yanmışdır. Yaxınlıqdakı meşə zolağı yanğınsöndürənlər tərəfindən yanğından mühafizə olunmuşdur. Yanğın saat 15:05-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

İmişli rayonu, Nəzrəli kəndində (rayon mərkəzindən 15km aralı) vətəndaşa məxsus həyətyanı sahədə yığılmış 2 ton ot bağlaması yanmışdır. Yanğın saat 16:30-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

İmişli rayonu, Cəfərli kəndində (rayon mərkəzindən 15km aralı) vətəndaşa məxsus həyətyanı sahədə yığılmış 2 ton ot bağlaması yanmışdır. Yanğın saat 16:50-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Bakı şəhəri, Səbail rayonunda vətəndaşa məxsus ümumi sahəsi 60kv.m olan birmərtəbəli 2 otaqlı fərdi evin mətbəxində partlayış baş vermişdir. Yanğın hadisəsi baş verməmişdir. Nəticədə, ev sahibinin gəlini yanıq xəsarəti almışdır. Zərərçəkmiş xəstəxanaya aparılmışdır. İlkin ehtimala görə, partlayışa məişət qazının sızması səbəb olmuşdur. Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır;

İsmayıllı rayonu, Bəhliyan kəndində (rayon mərkəzindən 36km aralı) vətəndaşa məxsus ümumi sahəsi 140kv.m olan tövlənin dam örtüyünün yanar konstruksiyaları 60kv.m sahədə və damına yığılmış 5 ton ot bağlaması yanmışdır. Yanğın zamanı yanğınsöndürənlər tərəfindən 5 baş iribuynuzlu və 16 baş xırdabuynuzlu heyvan xilas edilmişdir. Tövlənin qalan hissəsi və yaxınlıqdakı tikililər yanğınsöndürənlər tərəfindən yanğından mühafizə olunmuşdur. Yanğın saat 21:50-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Bakı şəhəri, Səbail rayonunda İlham Allahverdiyev adına Gəmi Təmiri Zavodunun ərazisində təmirə dayanmış Xəzər Dəniz Gəmiçiliyinə məxsus "ŞİRVAN" adlı quru yük gəmisinin 1-ci və 2-ci yarusunda (burun hissəsində) köməkçi otaqlarda olan əşyalar 60kv.m sahədə yanmışdır. Yanğın zamanı gəmidə olan 5 nəfər müxtəlif xəsarətlər almışdır. Zərərçəkmişlər xəstəxanaya aparılmışdır. Xəstəxanaya yerləşdirilmiş yaralılardan 1 nəfərin - 1983-cü il təvəllüdlü Raqif Yuriy oğlu Qarayevin aldığı xəsarətlərdən xəstəxanada öldüyü bildirilir. Gəminin qalan hissəsi yanğınsöndürənlər tərəfindən yanğından mühafizə olunmuşdur. Yanğın saat 23:06-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür. İlkin ehtimala görə, yanğına qaynaq işləri aparılarkən təhlükəsizlik qaydalarının pozulması səbəb olub. Hadisə ilə əlaqədar aidiyyəti qurumlar tərəfindən araşdırma aparılır;

Masallı rayonu, Böyük Xocavar kəndində (rayon mərkəzindən 7km aralı) vətəndaşa məxsus ümumi sahəsi 192kv.m olan ikimərtəbəli 8 otaqlı fərdi evin 1 otağının yanar konstruksiyaları 13kv.m sahədə yanmışdır. Yanğın saat 01:25-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Bakı şəhəri, Sabunçu rayonunda vətəndaşa məxsus ümumi sahəsi 16kv.m olan köməkçi otağın yanar konstruksiyaları yanmışdır. Yaxınlıqdakı tikililər yanğınsöndürənlər tərəfindən yanğından mühafizə olunmuşdur. Yanğın saat 02:05-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Oğuz şəhərində vətəndaşa məxsus ümumi sahəsi 80kv.m olan talvarın yanar konstruksiyası yanmışdır. Yaxınlıqdakı tikililər yanğınsöndürənlər tərəfindən  yanğından mühafizə olunmuşdur. Yanğın saat 03:17-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Bakı şəhəri, Nizami rayonunda avtomobil dayanacağında ümumi sahəsi 10kv.m olan gözətçi köşkünün taxta üzlüyü yanmışdır. Hadisə zamanı dayanacaqda olan "HYUNDAİ" markalı minik avtomobilinin arxa farası yüksək temperaturdan ərimişdir. Ərazidə olan digər avtomobillər yanğınsöndürənlər tərəfindən yanğından mühafizə olunmuşdur. Yanğın saat 07:12-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.