Geri

14 Fevral 2011-ci il, saat 09:00-dək

Bakı şəhəri, Suraxanı rayonunda 1960-cı il təvəllüdlü Fərhad Ayaz oğlu Bəkirova məxsus ümumi sahəsi 52kv.m olan birmərtəbəli 3 otaqlı evin yanar konstruksiyaları yanmışdır. Yanğın saat 09:25-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür. Yanğın yerinin kəşfiyyatı zamanı F.Bəkirovun cəsədi aşkarlanmışdır. Hadisə ilə əlaqədar aidiyyəti qurumlar tərəfindən araşdırma aparılır;

Göyçay rayonu, İkinci Ərəb kəndində (rayon mərkəzindən 5km aralı) vətəndaşa məxsus həyətyanı sahədə yığılmış 1 ton ot bağlaması yanmışdır. Yanğın saat 14:25-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Sabirabad rayonu, Qəfərli kəndində (rayon mərkəzindən 15km aralı) ümumi sahəsi 170kv.m olan birmərtəbəli 3 otaq və aynabənddən ibarət fərdi evin yanar konstruksiyaları yanmışdır. Yaxınlıqdakı tikililər yanğınsöndürənlər tərəfindən yanğından mühafizə olunmuşdur. Yanğın saat 14:43-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Hacıqabul rayonu, Talış kəndində vətəndaşa məxsus ümumi sahəsi 100kv.m olan tövlənin dam örtüyünün yanar konstruksiyaları 20kv.m sahədə yanmışdır. Yanğın saat 15:08-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Bakı şəhəri, Yasamal rayonunda doqquzmərtəbəli yaşayış binasının liftində 1 nəfərin köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olmuşdur. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olmuşdur ki, lift texniki nasazlıq səbəbindən 2-ci mərtəbədə dayanmışdır. Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə lifti 4-cü mərtəbəyə qaldırmış və zərərçəkmişin liftdən çıxmasına şərait yaratmışlar. Əməliyyat saat 15:37-də başa çatmışdır;

Zərdab rayonu, Yarmmədbağı kəndində (rayon mərkəzindən 13km aralı) Yarmmədbağı Kənd Bələdiyyəsinə məxsus ərazidə 2ha sahədə kol-kos və vətəndaşa məxsus həyətyanı sahədə yığılmış 13 ton ot bağlaması yanmışdır. Yanğın saat 16:00-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Göyçay rayonu, Yalman kəndində (rayon mərkəzindən 12km aralı) vətəndaşa məxsus ümumi sahəsi 20kv.m. olan tövlənin çardağının yanar konstruksiyaları, çardağa yığılmış 1 ton ot bağlaması və həmin tövlənin ətrafında 3ha sahədə kol-kos yanmışdır. Yanğın saat 16:01-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Dənizin nəzarət olunan hissəsində çimərkən suda batma təhlükəsi ilə üzləşmiş şəxs Fövqəladə Hallar Nazirliyinin dalğıc-xilasediciləri tərəfindən xilas edilmişdir. Əməliyyat saat 16:20-də başa çatmışdır;

Bakı şəhəri, Binəqədi rayonunda giriş qapısının təsadüfən kilidlənməsi nəticəsində azyaşlı uşaq mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalmışdır. Hadisə yerinə cəlb olunmuş xilasedicilər xüsusi alət və avadanlıqlar vasitəsilə dördmərtəbəli yaşayış binasının sonuncu mərtəbəsindən enərək 3-cü mərtəbədə yerləşən həmin mənzilə pəncərədən daxil olmuşlar. Mənzildə nəzarətsiz vəziyyətdə aşkarlanmış uşaq xilasedicilər tərəfindən aidiyyəti üzrə təhvil verilmişdir. Əməliyyat saat 17:07-də başa çatmışdır;

Sabirabad rayonu, Məmişlər kəndində (rayon mərkəzindən 12km aralı) vətəndaşa məxsus həyətyanı sahədə yığılmış 1,5 ton ot bağlaması yanmışdır. Yanğın saat 18:40-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Saatlı rayonu, Bəyli kəndində (rayon mərkəzindən 12km aralı) vətəndaşa məxsus ümumi sahəsi 6ha olan nar bağının 2ha sahəsi yanmışdır. Hadisə yerinə cəlb olunmuş yanğınsöndürənlər bağın qalan hissəsini yanğından mühafizə etmişlər. Yanğın saat 19:20-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Bakı şəhəri Xətai rayonunda doqquzmərtəbəli yaşayış binasının liftində 1 nəfərin köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olmuşdur. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olmuşdur ki, lift texniki nasazlıq səbəbindən 1-ci mərtəbədə dayanmışdır. Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə liftin qapılarını açmış və zərərçəkmişin liftdən çıxmasına şərait yaratmışlar. Əməliyyat saat 20:26-da başa çatmışdır;

Bakı şəhəri, Qaradağ rayonunda "VAZ" markalı minik avtomobili sürücünün idarəetməsindən çıxaraq aşmışdır. Nəticədə, nəqliyyat vasitəsi deformasiyaya uğramış, sürücü isə yaralanmışdır. Yaralı xəstəxanaya aparılmışdır. Hadisə yerinə cəlb olunmuş xilasedicilər ərazidə müvafiq təhlükəsizlik tədbirləri görmüşlər. Əməliyyat saat 20:35-də başa çatmışdır;

Gəncə şəhəri, Nizami rayonunda "QAZ" markalı minik avtomobili sürücünün idərəetməsindən çıxaraq yol kənarındakı ağaca çırpılmışdır. Nəticədə, sürücü yaralanaq deformasiyaya uğramış nəqliyyat vasitəsində sıxılmış vəziyyətdə qalmışdır. Hadisə yerinə cəlb olunmuş xilasedicilər xüsusi alət və avadanlıqlar vasitəsilə yaralını nəqliyyat vasitəsindən çıxarmış və aidiyyəti üzrə təhvil vermiş, həmçinin, ərazidə müvafiq təhlükəsizlik tədbirləri görmüşlər. Əməliyyat saat 00:03-də başa çatmışdır;

Ağdaş rayonu, Əmirmahmudlu kəndində (rayon mərkəzindən 20km aralı) vətəndaşa məxsus ümumi sahəsi 118kv.m olan tövlənin yanar konstruksiyaları və çardağda yığılmış 3 ton ot bağlaması yanmış, hadisə zamanı tövlənin içərisində olan 4 baş iribuynuzlu heyvan tələf olmuşdur. Hadisə yerinə cəlb olunmuş yanğınsöndürənlər yaxınlıqdakı evi yanğından mühafizə etmişlər. Yanğın saat 01:44-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Tərtər rayonu, Səhlaabad kəndində (rayon mərkəzindən 4km aralı) vətəndaşa məxsus "VAZ" markalı minik avtomobilinin yanar hissələri yanmışdır. Yaxınlıqdakı ev yanğınsöndürənlər tərəfindən yanğından mühafizə olunmuşdur. Yanğın saat 02:21-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Bakı şəhəri, Xəzər rayonunda vətəndaşa məxsus ümumi sahəsi 900kv.m olan quşçuluq fermasının yanar konstruksiyaları və içərisində olan əşyalar yanmış, yanğın zamanı fermada olan quşlar tələf olmuşdur. Hadisə yerinə cəlb olunmuş yanğınsöndürənlər yaxınlıqdakı fermaları yanğından mühafizə etmişlər. Yanğın saat 03:09-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Füzuli rayonu, Birinci Mahmudlu kəndində (rayon mərkəzindən 4km aralı) ümumi sahəsi 99kv.m olan birmərtəbəli 3 otaqlı fərdi evin yanar konstruksiyaları yanmışdır. Yaxınlıqdakı köməkçi tikili yanğınsöndürənlər tərəfindən yanğından mühafizə olunmuşdur. Yanğın saat 05:35-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Neftçala rayonu, Bankə qəsəbəsində ümumi sahəsi 100kv.m olan birmərtəbəli 4 otaqlı fərdi evin dam örtüyünün yanar konstruksiyaları 44kv.m sahədə yanmışdır. Yanğın saat 08:00-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Ağcabədi şəhərində ümumi sahəsi 195kv.m olan birmərtəbəli 7 otaqlı fərdi evin 1 otağının yanar konstruksiyaları 15kv.m sahədə yanmışdır. Yanğın saat 08:13-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.