Geri

13 Fevral 2011-ci il, saat 09:00-dək

Yevlax rayonu, Nərimankənd kəndində (rayon mərkəzindən 9km aralı) fərdi evin həyətyanı sahəsində 9 ton ot bağlaması yanmışdır. Yanğın saat 11:25-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Samux rayonu, Kəsəmən kəndində vətəndaşa məxsus evin həyətyanı sahəsində 4 ton ot bağlaması yanmışdır. Yanğın saat 13:10-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Balakən rayonu, Katex kəndində vətəndaşa məxsus ümumi sahəsi 90kv.m olan   yardımçı tikilinin dam örtüyünün yanar konstruksiyaları 45kv.m sahədə və həmin tikilinin damına yığılmış 1,5 ton ot bağlaması yanmışdır. Hadisə zamanı tikilinin içərisində olan "VAZ" markalı minik avtomobili və tikilinin qalan hissəsi yanğınsöndürənlər tərəfindən yanğından mühafizə olunmuşdur. Yanğın saat 15:15-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Bakı şəhəri, Nərimanov rayonunda doqquzmərtəbəli yaşayış binasının liftində 2 nəfərin köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olmuşdur. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olmuşdur ki, lift texniki nasazlıq səbəbindən 8-ci mərtəbədə dayanmışdır. Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə lifti 9-cu mərtəbəyə qaldırmış və zərərçəkmişlərin liftdən çıxmasına şərait yaratmışlar. Əməliyyat saat 19:53-də başa çatmışdır;

Bərdə şəhərində ümumi sahəsi 192kv.m olan birmərtəbəli 7 otaqlı fərdi evin dam örtüyünün yanar konstruksiyaları 30kv.m sahədə və həmin evin otaqlarının birində yataq dəsti qismən yanmışdır. Yanğın saat 22:52-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Bakı şəhəri, Nəsimi rayonunda mənzildə bağlı qapı arxasında 1 nəfərin köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olmuşdur. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olmuşdur ki, həmin şəxs giriş qapısının dəfələrlə döyülməsinə və telefon zənglərinə reaksiya vermir. Xilasedicilər xüsusi alət və avadanlıqlar vasitəsilə beşmərtəbəli yaşayış binasının 3-cü mərtəbəsində yerləşən həmin mənzilə qalxaraq eyvandan daxil olmuş və giriş qapısını açmışlar. Mənzilə baxış keçirilərkən vətəndaş yatmış vəziyyətdə aşkarlanmışdır. Əməliyyat saat 00:51-də başa çatmışdır;

Ağdaş rayonu, Yuxarı Neymədoba kəndində (rayon mərkəzindən 25km aralı) vətəndaşa məxsus ümumi sahəsi 92kv.m olan tövlənin yanar konstruksiyaları və həmin tövlənin damına yığılmış 2 ton ot bağlaması yanmış, 5 baş iribuynuzlu heyvan tüstüdən boğularaq tələf olmuşdur. Hadisə zamanı tövlədə olan at yanğınsöndürənlər tərəfindən yanğından xilas edilmişdir. Yanğın saat 06:50-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Bakı şəhəri, Nəsimi rayonunda üçmərtəbəli yaşayış binasının zirzəmisində yerləşən ümumi sahəsi 89kv.m olan atelyenin yanar konstruksiyaları 20kv.m sahədə və içərisinə yığılmış parça məmulatları yanmışdır. Atelyenin qalan hissəsi və yaşayış binası yanğınsöndürənlər tərəfindən yanğından mühafizə olunmuşdur. Yanğın saat 07:25-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Zaqatala rayonu, Əliabad qəsəbəsində (rayon mərkəzindən 20km aralı) ümumi sahəsi 77kv.m olan birmərtəbəli 3 otaqlı fərdi evin yanar konstruksiyaları və əşyaları yanmışdır. Hadisə yerinə cəlb edilmiş yanğınsöndürənlər yaxınlıqdakı tikililəri yanğından mühafizə etmişlər. Yanğın saat 08:33-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.