Geri

12 Fevral 2011-ci il, saat 09:00-dək

Xaçmaz rayonu, Həbibkənd kəndində ümumi sahəsi 140kv.m olan ikimərtəbəli 6 otaqlı fərdi evin yanar konstruksiyaları 26kv.m sahədə yanmışdır. Yanğın saat 09:25-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Ağdaş rayonu, Qarağanşıxlar kəndində (rayon mərkəzindən 12km aralı) Qarağanşıxlar Kənd Bələdiyyəsinə məxsus ərazidə 0,3ha sahədə kol-kos yanmışdır. Ərazidəki ağaclar yanğınsöndürənlər tərəfindən yanğından mühafizə olunmuşdur. Yanğın saat 15:43-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Yevlax rayonu, Səmədabad kəndində (rayon mərkəzindən 7km aralı) Səmədabad Kənd Bələdiyyəsinə məxsus ərazidə 0,5ha sahədə kol-kos yanmışdır. Ərazidəki ağaclar yanğınsöndürənlər tərəfindən yanğından mühafizə olunmuşdur. Yanğın saat 15:50-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Şəki rayonu, Daşüz kəndində (rayon mərkəzindən 23km aralı) dəmir yolunun  ərazisində 1,2ha sahədə kol-kos və dəmir yolunun kənarına yığılmış 32 ədəd yararsız şpal yanmışdır. Dəmir yolu xətti yanğınsöndürənlər tərəfindən yanğından mühafizə olunmuşdur. Yanğın saat 16:25-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Şəki rayonunda Şəki-Qax avtomobil yolunun 25-ci kilometrliyində yolun kənarında 0,5ha sahədə kol-kos yanmışdır. Yaxınlıqdakı tikililər yanğınsöndürənlər tərəfindən yanğından mühafizə olunmuşdur. Yanğın saat 21:00-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Ağdaş rayonu, Yuxarı Neymətabad kəndində (rayon mərkəzindən 25km aralı) vətəndaşa məxsus ümumi sahəsi 50kv.m olan tövlənin yanar konstruksiyaları və həmin tövlənin çardağına yığılmış 1 ton ot bağlaması yanmışdır. Hadisə yerinə cəlb edilmiş yanğınsöndürənlər 1 baş iribuynuzlu heyvanı xilas etmiş, yaxınlıqdakı tikililəri yanğından mühafizə etmişlər. Yanğın saat 21:23-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Zaqatala rayonu, Car kəndində (rayon mərkəzindən 4 km aralı) ümumi sahəsi 120kv.m olan 3 otaqlı fərdi evin yanar konstruksiyaları 30kv.m sahədə yanmışdır. Yanğın saat 21:40-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Samux rayonu, Seyidlər kəndində (rayon mərkəzindən 25km aralı) Seyidlər Kənd Bələdiyyəsinə məxsus ərazidə 1ha sahədə qamışlıq yanmışdır. Yaxınlıqdan keçən Bakı-Tbilisi-Ceyhan neft boru kəməri yanğınsöndürənlər tərəfindən yanğından mühafizə olunmuşdur. Yanğın saat 23:11-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Yevlax rayonu, Rüstəmli kəndində (rayon mərkəzindən 31km aralı) vətəndaşa məxsus həyətyanı sahədə 10 ton ot bağlaması yanmışdır. Yanğın saat 01:43-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Bakı şəhəri, Səbail rayonunda Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinə məxsus ümumi sahəsi 2700kv.m olan taxta konstruksiyalardan ibarət üçmərtəbəli inzibati binanın 1-ci mərtəbəsində qarderob otağının yanar konstruksiyaları 40kv.m sahədə və 2-ci mərtəbənin döşəməsinin yanar konstruksiyaları 5kv.m sahədə yanmış, hadisə zamanı binada olan gözətçi tüstüdən zəhərlənmişdir. Həmin şəxs xəstəxanaya aparılmışdır. Binanın qalan hissəsi yanğınsöndürənlər tərəfindən yanğından mühafizə olunmuşdur. Yanğın saat 02:30-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Bakı şəhəri, Suraxanı rayonunda ümumi sahəsi 70kv.m olan 2 otaqlı fərdi evin yanar konstruksiyaları və əşyaları 36kv.m sahədə yanmışdır. Yanğın saat 04:28-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Qazax şəhərində "QAZEL" markalı yük avtomobilinin mühərrikində elektrik avadanlıqları yanmışdır. Yanğın saat 08:07-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.