Geri

11 Fevral 2011-ci il, saat 09:00-dək

Abşeron rayonu, Xırdalan şəhərində onbirmərtəbəli yaşayış binasının liftində 4 nəfərin köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olmuşdur. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olmuşdur ki, lift texniki nasazlıq səbəbindən 11-ci mərtəbədə dayanmışdır. Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə lifti 10-cu mərtəbəyə endirərək onun qapılarını açmış və zərərçəkmişlərin liftdən çıxmasına şərait yaratmışlar. Əməliyyat saat 00:10-da başa çatmışdır;

Bakı şəhəri, Suraxanı rayonunda "Mercedes" və "Renault" markalı 2 minik avtomobili toqquşmuşdur. Nəticədə, hər iki nəqliyyat vasitəsi deformasiyaya uğramış, "Renault" markalı avtomobilin yanar hissələri yanmışdır. Yanğın saat 00:26-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür. Yanğın yerinin kəşfiyyatı zamanı 1 nəfərin cəsədi aşkarlanmışdır. Hadisə yerinə cəlb olunmuş xilasedicilər xüsusi alət və avadanlıqlar vasitəsilə deformasiyaya uğramış nəqliyyat vasitəsində sıxılmış vəziyyətdə qalmış cəsədi çıxarmış və aidiyyəti üzrə təhvil vermiş, həmçinin, ərazidə müvafiq təhlükəsizlik tədbirləri görmüşlər. Əməliyyat saat 00:57-də başa çatmışdır;

Qəbələ şəhərində ümumi sahəsi 60kv.m olan birmərtəbəli 3 otaqlı fərdi evdə 1 otağın tavanının yanar konstruksiyaları 20kv.m sahədə və həmin otağa yığılmış 15 kub metr həcmdə taxta materialları yanmışdır. Yanğın saat 03:00-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Neftçala rayonu, Surra kəndində (rayon mərkəzindən 36km aralı) ümumi sahəsi 117kv.m olan birmərtəbəli 5 otaqlı fərdi evin yanar konstruksiyaları 40kv.m sahədə yanmışdır. Yanğın saat 08:15-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.