Geri

10 Fevral 2011-ci il, saat 18:40-dək

Zaqatala rayonu, Danaçı kəndində (rayon mərkəzindən 22km aralı) ümumi sahəsi 104kv.m olan tövlənin çardağının yanar konstruksiyaları və çardağa yığılmış 3 ton ot bağlaması yanmışdır. Yanğın saat 12:40-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Ağcabədi rayonu, Hacıbədəli kəndində (rayon mərkəzindən 17km aralı) vətəndaşa məxsus həyətyanı sahəyə yığılmış 6 ton ot bağlaması yanmışdır. Yanğın saat 12:58-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Bakı şəhəri, Xəzər rayonunda vətəndaşa məxsus ümumi sahəsi 18kv.m olan birmərtəbəli 2 otaqlı köməkçi tikilinin yanar konstruksiyaları yanmışdır. Yaxınlıqdakı ev yanğınsöndürənlər tərəfindən yanğından mühafizə olunmuşdur. Yanğın saat 15:55-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.

Geri

10 Fevral 2011-ci il, saat 09:00-dək

Bakı şəhəri, Binəqədi rayonunda doqquzmərtəbəli yaşayış binasının mənzillərinin birində partlayıcı qurğu yerləşdirilməsi barədə məlumat daxil olmuşdur. Dərhal Nazirliyin müvafiq qurumlarının mütəxəssisləri lazımi tədbirlərin görülməsi üçün hadisə yerinə cəlb edilmiş və aidiyyəti qurumlar məlumatlandırılmışdır. Nazirliyin mütəxəssisləri hüquq-mühafizə orqanlarının əməkdaşları ilə birlikdə binanın giriş hissəsinin zirzəmisində və dəhlizin 1-ci mərtəbəsindən 9-cu mərtəbəsinə kimi, o cümlədən 6-cı mərtəbədə yerləşən həmin mənzildə axtarış işləri aparmışlar. Nəticədə, qeyd olunan ərazidə partlayıcı qurğu aşkar edilməmişdir. Əməliyyat saat 15:30-da başa çatmışdır;

Tərtər rayonu, Qaradağlı kəndində (rayon mərkəzindən 10km aralı) vətəndaşa məxsus ümumi sahəsi 75kv.m olan tövlənin yanar konstruksiyaları və həmin tövlənin damına yığılmış 1,8 ton ot bağlaması yanmışdır. Yaxınlıqdakı tikililər yanğınsöndürənlər tərəfindən yanğından mühafizə olunmuşdur. Yanğın saat 17:15-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Bakı şəhəri, Nəsimi rayonunda mənzildə bağlı qapı arxasında uşağın köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olmuşdur. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olmuşdur ki, həmin şəxs giriş qapısının dəfələrlə döyülməsinə və telefon zənglərinə reaksiya vermir. Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə beşmərtəbəli yaşayış binasının 4-cü mərtəbəsində yerləşən həmin mənzilin giriş qapısını bayır tərəfdən açmışlar. Mənzildə yatmış vəziyyətdə aşkarlanmış uşaq xilasedicilər tərəfindən aidiyyəti üzrə təhvil verilmişdir. Əməliyyat saat 23:33-də başa çatmışdır.