Geri

01 Fevral 2011-ci il, saat 09:00-dək

Bakı şəhəri, Xətai rayonunda "Kamaz" markalı yük avtomobili sürücünün idarəetməsindən çıxaraq aşmışdır. Nəticədə, nəqliyyat vasitəsi deformasiyaya uğramış, sürücü yaralanmışdır. Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə deformasiyaya uğramış nəqliyyat vasitəsində sıxılmış vəziyyətdə qalmış yaralını çıxarmış və aidiyyəti üzrə təhvil vermiş, həmçinin, ərazidə müvafiq təhlükəsizlik tədbirləri görmüşlər. Ərazi xilasedicilər tərəfindən aidiyyəti üzrə təhvil verilmişdir. Əməliyyat saat 09:42-də başa çatmışdır;

Bakı şəhəri, Yasamal rayonunda mənzildə bağlı qapı arxasında 1 nəfərin köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olmuşdur. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olmuşdur ki, həmin şəxs giriş qapısının dəfələrlə döyülməsinə və telefon zənglərinə reaksiya vermir. Həmin mənzilin giriş hissəsində qaz qoxusunun gəlməsini nəzərə alaraq xilasedicilər mənzilə daxil olan qazı şəbəkədən ayırmış və təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə giriş qapısını açmışlar. Mənzilə baxış keçirilərkən 1983-cü il təvəllüdlü Qonoçkin Evgeni Viktoroviç hamam otağında hərəkətsiz vəziyyətdə aşkarlanmışdır. Hadisə yerinə çağırılmış Təcili Tibbi Yardım Stansiyasının həkimləri tərəfindən aparılan müayinə nəticəsində E.Qonoçkinin vəfat etdiyi məlum olmuşdur. Qeyd olunan şəxsin cəsədi xilasedicilər tərəfindən aidiyyəti üzrə təhvil verilmişdir. Əməliyyat saat 10:23-də başa çatmışdır; 

Gəncə şəhəri, Nizami rayonunda vətəndaşa məxsus ümumi sahəsi 80kv.m olan birmərtəbəli 3 otaqlı fərdi evdə mətbəxin yanar konstruksiyaları və əşyalar 9kv.m sahədə yanmışdır. Yanğın saat 11:22-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Masallı rayonu, Ərkivan qəsəbəsində (rayon mərkəzindən 6km aralı) ümumi sahəsi 336kv.m olan ikimərtəbəli 8 otaqlı fərdi evdə 1 otağın yanar konstruksiyaları və əşyalar 20kv.m sahədə yanmışdır. Yanğın saat 11:28-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Bakı şəhəri, Yasamal rayonunda Səhiyyə Nazirliyinə məxsus Milli Onkologiya Mərkəzinin ümumi sahəsi 250kv.m olan birmərtəbəli yeməkxana binasının çardağının yanar konstruksiyaları 30kv.m sahədə və ona bitişik ümumi sahəsi 35kv.m olan krematoriya otağının yanar konstruksiyaları içərisindəki əşyalarla birlikdə yanmışdır. Hadisə yerinə cəlb edilmiş yanğınsöndürənlər yeməkxana binasının qalan hissəsini yanğından mühafizə etmişlər. Yanğın saat 22:20-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.