Geri

29 dekabr 2011-ci il, saat 09:00-dək

Şəmkir rayonu, Düyərli kəndində (rayon mərkəzindən 23 km aralı) vətəndaşa məxsus həyətyanı sahəyə yığılmış 6 ton ot bağlamasının 3 tonu yanmışdır. Ot bağlamasının qalan hissəsi və yaxınlıqdakı tikililər yanğınsöndürənlər tərəfindən yanğından mühafizə olunmuşdur. Yanğın saat 12:22-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Bakı şəhəri, Nəsimi rayonunda vətəndaşa məxsus restoranın həyətində generatorun yanar hissələri yanmışdır. Restoran yanğınsöndürənlər tərəfindən yanğından mühafizə olunmuşdur. Yanğın saat 12:46-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Ağstafa şəhərində vətəndaşa məxsus ümumi sahəsi 30 kv.m olan köməkçi tikilinin çardağının yanar konstruksiyaları 20 kv.m sahədə yanmışdır. Köməkçi tikilinin qalan hissəsi və bitişik olan ev yanğınsöndürənlər tərəfindən yanğından mühafizə olunmuşdur. Yanğın saat 14:23-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Salyan rayonunda Ələt-Astara magistral yolunun 21-ci kilometrliyində maye qaz daşıyan “Mercedes” markalı yük avtomobilinin aşması ilə əlaqədar yaranmış təhlükə aradan qaldırılmışdır. Təhlükə aradan qaldırılanadək Fövqəladə Hallar Nazirliyinin müvafiq qüvvələri hadisə yerində növbə çəkmişlər;

Yevlax şəhərində vətəndaşa məxsus "BMW" markalı minik avtomobilinin qabaq lövhəsi və salonu qismən yanmışdır. Yanğın saat 21:04-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Bakı şəhəri, Nəsimi rayonunda beşmərtəbəli yaşayış binasının 1-ci mərtəbəsindəki mənzildə bağlı qapı arxasında bir nəfərin köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olmuşdur. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olmuşdur ki, vətəndaş giriş qapısının dəfələrlə döyülməsinə və telefon zənglərinə cavab vermir. Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə giriş qapısını xüsusi alət və avadanlıqlar vasitəsilə bayır tərəfdən açmış və mənzilə daxil olmuşlar. Mənzilə baxış keçirilərkən 1942-ci il təvəllüdlü Məmməd Aslanəli oğlu Abdullayev yataqda ölü aşkar edilmişdir. M.Abdullayevin cəsədi xilasedicilər tərəfindən aidiyyəti üzrə təhvil verilmişdir. Əməliyyat saat 23:11-də başa çatmışdır;

Samux rayonu, Poylu kəndində vətəndaşa məxsus həyətyanı sahəyə yığılmış ümumi çəkisi 6 ton olan ot bağlamasının 2 tonu yanmışdır. Yanğın saat 00:43-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Şəki rayonu, Baş Zəyzid kəndində (rayon mərkəzindən 20 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 60 kv.m olan çayxananın dam örtüyünün yanar konstruksiyaları yanmışdır. Çayxananın qalan hissəsi və yaxınlıqdakı mağazalar yanğınsöndürənlər tərəfindən yanğından mühafizə olunmuşdur. Yanğın saat 07:00-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Yevlax rayonunda Yevlax-Xaldan yolunun 14-cü kilometrliyində vətəndaşa məxsus "MAZ" markalı yük avtomobilinin mühərrik hissəsi yanmışdır. Avtomobilin qalan hissəsi yanğınsöndürənlər tərəfindən yanğından mühafizə olunmuşdur. Yanğın saat 07:56-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Şəmkir rayonu, Gülüstan qəsəbəsində vətəndaşa məxsus ümumi sahəsi 130 kv.m olan birmərtəbəli 4 otaqlı evin mətbəxinin yanar konstruksiyaları 6 kv.m sahədə yanmışdır. Evin qalan hissəsi yanğınsöndürənlər tərəfindən yanğından mühafizə olunmuşdur. Yanğın saat 08:00-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.