Geri

28 dekabr 2011-ci il, saat 09:00-dək:

Tovuz şəhərində vətəndaşa məxsus evin pəncərəsindən alov çıxması barədə məlumat daxil olmuşdur. Dərhal hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri cəlb edilmişdir. Yanğın saat 21:43-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olmuşdur ki, ümumi sahəsi 133 kv.m olan birmərtəbəli 2 otaq və aynabənddən ibarət evdə 1 otağın və aynabəndin yanar konstruksiyaları 98 kv.m sahədə yanmışdır. Yanğın yerinin kəşfiyyatı zamanı ev sahibi - 1961-ci il təvəllüdlü Nəbi Şamil oğlu Tağıyevin cəsədi aşkar olunmuşdur. Evin qalan hissəsi yanğınsöndürənlər tərəfindən yanğından mühafizə olunmuşdur. Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır;

Beyləqan rayonu, Milabad kəndində (rayon mərkəzindən 15 km aralı) vətəndaşa "Mercedes" markalı minik avtomobilinin mühərrik hissəsi yanmışdır. Yanğın saat  22:00-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür. Avtomobilin qalan hissəsi yanğınsöndürənlər tərəfindən yanğından mühafizə olunmuşdur. İlkin ehtimala görə, yanğına yol-nəqliyyat qəzası səbəb olmuşdur;

Zaqatala şəhərində hazırda fəaliyyət göstərmədiyi bildirilən sənaye müəssisəsinin ərazisindəki ümumi sahəsi 7 kv.m olan gözətçi otağının yanar konstruksiyaları yanmışdır. Yanğın saat 04:35-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür. Yanğın yerinin kəşfiyyatı zamanı 1955-ci il təvəllüdlü Kamal Huh oğlu Osmanovun cəsədi aşkar olunmuşdur. Yaxınlıqdakı taxta sexləri yanğınsöndürənlər tərəfindən yanğından mühafizə olunmuşdur. Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır;

İmişli rayonu, Həlsəli kəndində (rayon mərkəzindən 30 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 104 kv.m olan birmərtəbəli 4 otaqlı evin 1 otağında tavanın yanar konstruksiyaları 24 kv.m sahədə yanmışdır. Yanğın saat 05:25-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür. Evin qalan hissəsi yanğınsöndürənlər tərəfindən yanğından mühafizə olunmuşdur;

Salyan rayonunda Ələt-Astara magistral yolunun 21-ci kilometrliyində İraq-Gürcüstan tranzit marşrutu ilə maye qaz daşıyan “Mercedes” markalı yük avtomobilinin aşması barədə məlumat daxil olmuşdur. Dərhal hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri cəlb edilmişdir. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən aşmış avtomobilin çənində 20 atmosfer təzyiqində 19,4 ton maye qaz olduğu məlum olmuşdur. Xəsarət alan olmamışdır. Xilasedicilər hadisə yerində zəruri təhlükəsizlik tədbirləri görmüş və avtomobilin qoşqudan ayrılmasını təmin etmişlər. Çənin qaldırılması təhlükəli olduğundan əməliyyat 28 dekabr 2011-ci il tarixinədək təxirə salınmışdır. Fövqəladə Hallar Nazirliyi tərəfindən təhlükəsizlik tədbirləri çərçivəsində çənin fasiləsiz mühafizəsi təşkil edilmişdir.