Geri

26 dekabr 2011-ci il, saat 09:00-dək:

Bakı şəhəri, Xətai rayonunda  doqquzmərtəbəli yaşayış binasının elektrik enerjisi ilə təminatında yaranmış fasilə nəticəsində eyni vaxtda iki liftdə ümumilikdə 4 nəfər köməksiz vəziyyətdə qalmışdır. Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə hər iki liftin qapılarını açmış və zərərçəkmişlərin liftdən çıxmasına şərait yaratmışlar. Əməliyyat saat 14:50-də başa çatmışdır;

Gəncə şəhəri, Nizami rayonunda vətəndaşa məxsus ümumi sahəsi 104 kv.m olan birmərtəbəli 3 otaqlı kürsülü evin 1 otağının yanar konstruksiyaları və ev əşyaları 21 kv.m sahədə yanmışdır. Yanğın saat 15:16-da yanğınsöndürənlər tərəfindən  söndürülmüşdür;

Saatlı rayonu, Varxankənd kəndində (rayon mərkəzindən 20 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 24 kv.m olan talvarın yanar konstruksiyaları və altına yığılmış 2 ton ot bağlaması yanmışdır. Yanğın saat 20:58-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Bakı şəhəri, Yasamal rayonunda yaşayış binasının zirzəmisindən 5-ci mərtəbəyə qədər 20 p.m elektrik kabeli və 2-ci mərtəbəsindəki pilləkən qəfəsində quraşdırılmış elektrik lövhəsində 96 ədəd elektrik sayğacı yanmışdır. Mənzillər yanğınsöndürənlər tərəfindən yanğından mühafizə olunmuş, 15 nəfər sakin təxliyyə edilmişdir. Yanğın saat 00:30-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür. İlkin ehtimala görə, yanğına qısaqapanma səbəb olmuşdur.