Geri

25 dekabr 2011-ci il, saat 09:00-dək:

Siyəzən rayonunda (rayon mərkəzindən 18 km aralı) vətəndaşa məxsus yük avtomobilinin arxa təkərləri yanmışdır. Avtomobilin qalan hissəsi yanğınsöndürənlər tərəfindən yanğından mühafizə olunmuşdur. Yanğın saat 13:59-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Bakı şəhəri, Səbail rayonunda beşmərtəbəli yaşayış binasının liftində 2 nəfərin köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olmuşdur. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olmuşdur ki, lift 1-ci mərtəbədə dayanmışdır. Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə liftin qapılarını açmış və vətəndaşların liftdən çıxmasına şərait yaratmışlar. Əməliyyat saat 16:15-də başa çatmışdır;

İsmayıllı rayonu, Hacıhətəmli kəndində (rayon mərkəzindən 36 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 80 kv.m olan tövlənin dam örtüyünün yanar konstruksiyaları 20 kv.m sahədə və damına yığılmış 6 ton ot bağlamasının 3 tonu yanmışdır. Yanğın zamanı tövlədə olan 3 baş iribuynuzlu və 2 baş xırdabuynuzlu heyvan yanğınsöndürənlər tərəfindən yanğından xilas edilmişdir. Tövlənin və ot bağlamasının qalan hissəsi yanğınsöndürənlər tərəfindən yanğından mühafizə olunmuşdur. Yanğın saat 17:10-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Bakı şəhəri, Binəqədi rayonunda doqquzmərtəbəli yaşayış binasının 6-cı mərtəbəsində 9 ədəd elektrik sayğacı yanmışdır. Mənzillər yanğınsöndürənlər tərəfindən yanğından mühafizə olunmuşdur. Yanğın saat 22:05-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Yardımlı rayonu, Köryədi kəndində (rayon mərkəzindən 14 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 32 kv.m olan tövlənin dam örtüyünün yanar konstruksiyaları yanmışdır. Yaxınlıqdakı tikililər yanğınsöndürənlər tərəfindən yanğından mühafizə olunmuşdur. Yanğın saat 03:23-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.