Geri

24 dekabr 2011-ci il, saat 09:00-dək:

Abşeron rayonu, Xırdalan şəhərindəki uşaq bağçasının ümumi sahəsi 75 kv.m olan oyun zalında 5 p.m elektrik kabeli yanmışdır. 5 nəfər uşaq və 3 nəfər texniki işçi yanğınsöndürənlər tərəfindən təxliyyə edilmişdir. Yanğın saat 10:47-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;
İsmayıllı rayonu, Diyallı kəndində (rayon mərkəzindən 10 km aralı) vətəndaşa məxsus taxta sexinin ərazisində ümumi sahəsi 12 kv.m olan otağın yanar konstruksiyaları yanmışdır. Yanğın saat 14:30-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;
Ağdam rayonu, Quzanlı qəsəbəsində vətəndaşa məxsus "VAZ" markalı minik avtomobilinin salonunun qabaq hissəsi yanmışdır. Yanğın saat 15:10-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;
Bakı şəhəri, Yasamal rayonunda mənzildə bağlı qapı arxasında 1 nəfərin köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olmuşdur. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olmuşdur ki, mənzilin qapısının kilidi xarab olmuşdur. Hadisə yerinə cəlb edilmiş xilasedicilər ondoqquzmərtəbəli yaşayış binasının 4-cü mərtəbəsində yerləşən həmin mənzilin qapısını bayır tərəfdən xüsusi alət və avadanlıqlar vasitəsilə açmışlar. Əməliyyat saat 15:58-də başa çatmışdır;
Bakı şəhəri, Binəqədi rayonunda doqquzmərtəbəli yaşayış binasının liftində 1 nəfərin köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olmuşdur. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olmuşdur ki, lift texniki nasazlıq səbəbindən 3-cü mərtəbədə dayanmışdır. Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə lifti 5-ci mərtəbəyə qaldırmış, qapılarını açmış və vətəndaşın liftdən çıxmasına şərait yaratmışlar. Əməliyyat saat 16:58-də başa çatmışdır;
Bakı şəhəri, Xəzər rayonunda, Bakı-Mərdəkan avtomobil yolunda “Opel”, “Toyota”, “Hyundai” və “Mercedes” markalı 4 minik avtomobili toqquşmuşdur. Nəticədə, qeyd olunan nəqliyyat vasitələri deformasiyaya uğramışdır. Hadisə yerinə cəlb edilmiş xilasedicilər ərazidə müvafiq təhlükəsizlik tədbirləri görmüşlər. Əməliyyat saat 19:15-də başa çatmışdır;
Goranboy rayonu, Dəliməmmədli qəsəbəsində (rayon mərkəzindən 27 km aralı) vətəndaşa məxsus "Mercedes" markalı minik avtomobilinin yanar konstruksiyaları yanmışdır. Yanğın saat 23:55-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;
Qazax rayonu, Kosalar kəndində (rayon mərkəzindən 27 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 280 kv.m olan birmərtəbəli 5 otaq və aynabənddən ibarət evin 1 otağının yanar konstruksiyaları içərisindəki əşyalarla birlikdə və dam örtüyünün yanar konstruksiyaları 24 kv.m sahədə yanmışdır. Yanğın saat 05:50-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.