Geri

23 dekabr 2011-ci il, saat 09:00-dək:

Bakı şəhəri, Yasamal rayonunda vətəndaşa məxsus "VAZ" markalı minik avtomobilinin yanar hissələri yanmışdır. Yanğın saat 09:55-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Bakı şəhəri, Binəqədi rayonunda doqquzmərtəbəli yaşayış binasının liftində 1 nəfərin köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olmuşdur. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olmuşdur ki, lift 1-ci mərtəbədə dayanmışdır. Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə liftin qapılarını xüsusi alət və avadanlıqlar vasitəsilə açmış və zərərçəkmişin liftdən çıxmasına şərait yaratmışlar. Əməliyyat saat 11:49-da başa çatmışdır;

İsmayıllı rayonu, İvanovka kəndində (rayon mərkəzindən 19 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 200 kv.m olan tövlənin yanar konstruksiyaları və içərisinə yığılmış 3 ton ot bağlaması yanmışdır. Yanğın saat 15:56-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Zaqatala rayonu, Əliabad qəsəbəsində vətəndaşa məxsus ümumi sahəsi 98 kv.m olan ikimərtəbəli 4 otaqlı evin yanar konstruksiyaları 50 kv.m sahədə yanmışdır. Yanğın saat 18:06-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Şəmkir rayonu, Dəllər Cırdaxan kəndində azyaşlı uşağın suvarma kanalında batması barədə məlumat daxil olmuşdur. Fövqəladə Halar Nazirliyinin müvafiq xilasetmə qüvvələri aidiyyəti qurumların iştirakı ilə cəsədin tapılması istiqamətində zəruri tədbirlər görmüşlər. Görülmüş tədbirlər nəticəsində 2007-ci il təvəllüdlü Növrəstə Turay qızı Məmmədovanın cəsəd tapılaraq sudan çıxarılmış və aidiyyəti üzrə təhvil verilmişdir. Əməliyyat saat 22:38-də başa çatmışdır;

Ağcabədi rayonu, Avşar kəndində (rayon mərkəzindən 15 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 20 kv.m olan talvarın yanar konstruksiyaları yanmışdır. Yanğın saat 03:22-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Bakı şəhəri, Sabunçu rayonunda vətəndaşa məxsus ümumi sahəsi 700 kv.m olan taxta konstruksiyalardan ibarət kafenin yanar konstruksiyaları 100 kv.m sahədə yanmışdır. Yanğın saat 03:31-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.