Bakı şəhəri, Xətai rayonunda ondoqquzmərtəbəli yaşayış binasının liftində 4 nəfərin köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olmuşdur. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olmuşdur ki, lift 10-cu mərtəbədə dayanmışdır. Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə liftin qapılarını açmış və zərərçəkmişlərin liftdən çıxmasına şərait yaratmışlar. Əməliyyat saat 13:26-da başa çatmışdır;
Bakı şəhəri, Qaradağ rayonunda mənzildə bağlı qapı arxasında 1 nəfərin köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olmuşdur. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olmuşdur ki, 1950-ci il təvəllüdlü qadın mənzilin qapısının dəfələrlə döyülməsinə və telefon zənglərinə reaksiya vermir. Hadisə yerinə cəlb edilmiş xilasedicilər xüsusi alət və avadanlıqlar vasitəsilə doqquzmərtəbəli yaşayış binasının 4-cü mərtəbəsində yerləşən həmin mənzilə qonşu mənzilin pəncərəsindən enərək daxil olmuşlar. Mənzilə baxış keçirilərkən vətəndaş yataqda yatmış vəziyyətdə aşkar olunmuşdur. Əməliyyat saat 14:01-də başa çatmışdır;
Tovuz rayonu, Qovlar qəsəbəsində ümumi sahəsi 300 kv.m olan ikimərtəbəli 7 otaqlı evin 1-ci mərtəbəsində 1 otağın yanar konstruksiyaları ev əşyaları ilə birlikdə 45 kv.m sahədə yanmışdır. Yanğın saat 22:00-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.