Geri

21 dekabr 2011-ci il, saat 09:00-dək:

Bakı şəhəri, Qaradağ rayonunda “VAZ” markalı minik avtomobili yol kənarında dayanmış traktora çırpılmışdır. Nəticədə, minik avtomobili deformasiyaya uğramış, sürücü yaralanmış, sərnişini ölmüşdür. Hadisə yerinə cəlb olunmuş xilasedicilər avtomobildə sıxılmış vəziyyətdə qalmış yaralını və ölən şəxsin cəsədini xüsusi alət və avadanlıqlar vasitəsilə avtomobildən çıxarmış və aidiyyəti üzrə təhvil vermiş, həmçinin, hadisə yerində müvafiq təhlükəsizlik tədbirləri görmüşlər. Əməliyyat saat 11:16-da başa çatmışdır; 

Astara rayonu, Züngüləş kəndində (rayon mərkəzindən 19 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 20 kv.m olan tövlənin çardağının yanar konstruksiyaları 15 kv.m sahədə və çardağa yığılmış 1 ton ot bağlamasının 400 kiloqramı yanmışdır. Yanğın saat 14:34-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Ağsu rayonunda vətəndaşa məxsus ümumi sahəsi 52 kv.m olan köməkçi tikilinin dam örtüyünün yanar konstruksiyaları və içərisinə yığılmış 7,5 ton ot bağlamasının 2,5 tonu yanmışdır. Yanğın saat 16:10-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Bakı şəhəri, Sabunçu rayonunda doqquzmərtəbəli yaşayış binasının liftində 1 nəfərin köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olmuşdur. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olmuşdur ki, lift 1-ci mərtəbədə dayanmışdır. Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə lifti 3-cü mərtəbəyə qaldırmış, qapılarını açmış və zərərçəkmişin liftdən çıxmasına şərait yaratmışlar. Əməliyyat saat 19:21-də başa çatmışdır;

Bakı şəhəri, Nərimanov rayonunda doqquzmərtəbəli yaşayış binasının liftində 2 nəfərin köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olmuşdur. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olmuşdur ki, lift 5-ci mərtəbədə dayanmışdır. Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə liftin qapılarını xüsusi alət və avadanlıqlar vasitəsilə açmış və vətəndaşların liftdən çıxmasına şərait yaratmışlar. Əməliyyat saat 19:32-də başa çatmışdır;

Bakı şəhəri, Sabunçu rayonunda vətəndaşa məxsus ümumi sahəsi 120 kv.m olan birmərtəbəli 5 otaqlı evdə dam örtüyünün yanar konstruksiyaları yanmışdır. Yanğın saat 20:35-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.